İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Elm və Texnologiya Sahibkarlığı Proqramına start verildi

17.05.2012 [06:25]

Fontu böyüt:      

“Azercell Telekom” MMC, Barama Innovasiya Mərkəzi və ABŞ Mülki Tədqiqat və İnkişaf Fondu Elm və Texnologiya Sahibkarlığı Proqramını (ETSP) elan edir.
“Azercell Telekom” MMC, Barama Innovasiya Mərkəzi və ABŞ Mülki Tədqiqat və İnkişaf Fondu Elm və Texnologiya Sahibkarlığı Proqramını (ETSP) elan edir. Proqramın əsas məqsədi sahibkarlıq mədəniyyətini təşviq etmək və cari bazar problemlərə innovativ həllər axtarmaq, Azərbaycanda texnologiya sahibkarlığının dəstəklənməsidir.
Proqram  çərçivəsində iştirakçılar İnformasiya texnologiyaları, mobil texnologiyalar və yaşıl (ekolojı) texnologiyalar sahəsində biznes ideyalarının layihəsini təqdim edərək, qrant qazanıb öz biznesini qurmaq imkanı əldə edəcəklər.
ETSP yerli və beynəlxalq biznesə Avrasiya novatorluğu təqdim edərək, həm yerli, həm də beynəlxalq biznesə rəqabətə dözümlü qalmağa yardım edən yeni imkanlar yaradır. 
Elm və Texnologiya Sahibkarlığı Proqramı 4 mərhələdən ibarət olacaq: 
I. Müraciətlərin qəbulu. Azercell, ABŞ Mülki Tədqiqat və İnkişaf Fondu və müstəqil ekspert qrupu tərəfindən layihələrin dəyərləndirilməsi və seçilmiş layihələrin elanı.
II. Seçiləcək layihə iştirakçıları üçün təlim və seminarların keçirilməsi, yekun komandaların formalaşması. Bu təlimlərin məqsədi – iştirakçılar üçün texnoloji ideya üçün kommersiya imkanlarını müəyyən edilməsi, texnologiya kommersiyalaşdırılması yolları və biznes strategiyalar barədə bilik və məlumatların paylaşmaqdır.
III. Seçilmiş komandalara informasiyanın interaktiv mübadiləsini təmin etmək və real həyatda əldə edilmiş biliklərin tətbiq edilməsinə yönlənən iki günlük seminar. 
IV. İştirakçılar öz biznes ideyalarını beynəlxalq hakimlər qarşısında təqdim edəcək. Qalib seçilmiş komandalar texnologiya    səhəsində təklif etdikləri biznes layihələrini reallaşdırmaq üçün 10,000 – 20,000 ABŞ dolları civarında başlanğıc qrantlar ilə mükafatlandırılacaqlar.
 
Mükafatlar:
- 1 ədəd 20,000 ABŞ Dolları məbləğində qrant
- 2 ədəd hər biri 15,000 ABŞ Dolları olan qrantlar
- 1 ədəd 10,000 ABŞ Dolları dəyərində ABŞ-na “Səyahət Qrantı” (Bu qrant ABŞ bazarında olan biznes imkanlarını ilə tanış olmaq üçün nəzərdə tutulub).
Elm və Texnologiya Sahibkarlığı Proqramı ABŞ Dövlət Departamenti tərəfindən təqdim olunan qrantlar əsasında reallaşır.
Qaliblər 15 dekabr 2012-ci il tarixində Böyük Final mərasimində elan olunacaq.
ETSP haqqında ətraflı məlumatla əlavə olunmuş STEP faylında tanış ola bilərsiniz.
Müraciət üçün əlavə olunmuş müraciət formunu doldurun və [email protected] e-mail ünvanına göndərin. Müraciətlər elektron variantda 24 iyun 2012-ci il saat 23:59-dək qəbul olunacaq.
http://www.barama.az/news,145/lang,az/

Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar