21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Azərbaycan ərazisində TV və FM radio proqramların yayımının optimal yayıma uyğunlaşması üçün son vaxtlar Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Teleradio İstehsalat Birliyi tərəfindən xeyli işlər görülür.
Bu günlərdə də Teleqüllə müəssisəsində Space televiziya proqramının yayımı üçün yeni 5 kVt gücündə “Kvant Efir” tipli verici quraşdırılıb. Nəticədə Bakı şəhərində, Abşeron yarımadasında, Sumqayıt şəhəri və ətraf qəsəbələrdə Space proqramının yayım keyfiyyəti yüksəlib, əhatə dairəsi isə genişlənib.
İB tərəfindən regionlarda TV və FM radio proqramlarının optimal yayımını təmin etmək üçün də mütəmadi tədbirlər görülür. AzTV və İTV proqramlarının yayım keyfiyyətinin artırılması üçün Qusar rayonunun Cibir kəndində 500Vt gücündə uyğun olaraq 2 ədəd verici, Yardımlı rayonunun Zevin kəndində 150 Vt gücündə, Astarada 500 Vt gücündə yeni vericilər qurulub istismara verilib.
Bundan əlavə, ATV televiziya proqramının yayımı üçün Astarada və Füzuli rayonunun Əhmədbəyli qəsəbəsində 1kVt gücündə “Vigintos Elektronika” tipli vericilər quraşdırılıb və istismara verilib.