21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Mikrobloq xidməti Twitter və Facebook sosial şəbəkəsinə edilən hacker hücumlarının məqsədi araşdırlır.Denial of Service tərəfindən edilən hacker hücumları nəticəsində cəmi 300 milyon istifadəçi xidmətlərdən istifadə edə bilməyib. Kaspersky Labdan Stephan Tanase bu hücumların həddən artıq kəskin olduğunu bildirib.
Məşhur sosial şəbəkələrdən olan Facebook və Twitter də bu hücumlardan kənarda qalmayıb. Twitter ən az üç saat ərzində istifadəyə yararsız olub. Twitter-in 30 milyon istifadəçisi, Facebook-un isə 250 milyon istifadəçisi var. Twitter hackerlərin hücumuna məruz qalan zaman insanlar Facebook-dan yazışmağa başlayıblar.
Qeyd edək ki, Twitter-dən ən çox ABŞ-da istifadə edilir. Biznesmenlər, şirkət işçiləri, ümumiyyətlə ABŞ-nin məşhur insanları bu sosial şəbəkədən istifadə edirlər. Edilən hacker hücümları nəticəsində Facebook-un cəmi 250 milyon istifadəçisindən 21 milyonu təsirlənib. Bu istifadəçilər 1 saat ərzində sayta girə bilməyiblər. Sıx hücum səbəbiylə Facebook serverlərinin bir qismi həddindən artıq yüklənərək göndərilən sorğulara cavab verməyib.
Xatırladaq ki, yaxın zamanlarda reallaşdırılan bir başqa böyük hücum Amerika və Cənubi Koreya hökumət saytlarına və bəzi xüsusi quruluşlara təşkil edilmişdi. 40.000 kompüterlik şəbəkə tərəfindən edilən hücumlar haqqında heç bir dəlil tapılmamışdı. Belə bir hücum 2000-ci ildən bəri qeydə alınmayıb. Facebook və Twitter-ə edilən bu hücumun məqsədi isə hələki müəyyən deyil.