21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Amerikanın oddee.com saytı dünyanın ən qəribə servis xidmətlərini açıqlayıb. Biz də onlardan bir neçəsini təqdim edirik
NÖVBƏ GÖZLƏMƏK SERVİSİ: Uzun növbələrdə gözləməkdən yorulan bir amerikalının digər Amerikalılara hədiyəsi məhz, qeyri-adi servis şirkətini yaratmaq olub. Bu servis şirkəti növbədə gözləyən müştəriləri bu əziyyətdən xilas edir. Belə ki, növbədə duran vətəndaş həmin şirkətə zəng vurur və sifariş verir ki, onun yerində durmağa adam göndərsinlər. Həmin şəxs əraziyə gəlir, siz isə bu müddətdə istədiyiniz yerə gedirsiniz. Sıranız gələndə isə telefon zəngiylə sizi çağırırlar.
ÇƏHRAYI TAKSİ: Meksikada qeyri-adi servis şirkəti yaradılıb. Şirkət əməkdaşları çəhrayı paltarlar geyinmiş qadın taksiçilərdir. Yollarda kişilərin söz atmağından bezən və kişilərinin maşını bərk sürməsindən ehtiyatlanan qadınlar məhz çəhrayı Taksi şirkətinə müraciət edirlər.
KÜLDƏN PORTRET: Şirkətin ən əsas özəlliyi insan küllərindən portetlər düzətməsidir. Ölən yaxınlarının qara torpaq olmasını istəməyən müştərilər, bu servisə müraciət edir. Şirkət isə müştərilərinə ölən yaxınlarının külündən portretlər hazırlayır. Saytın ünvanı www.ashestoportraits.com
ZƏNG ET, QURTAR MƏNİ: Hər hansı bir insanla danışmaq istəmərsiniz, hansısa tədbirdə olmaqdan canınız sıxılırsa bu servis sizi xilas edəcək. Beləki, ring4Freedom.com internet saytına aylıq üzv olan müştərilər, bu servisdən yararlana bilərlər. Danışmaq istəmədiyiniz insanla danışmaq məcburiyyətində qaldığınız zaman, servisin nömrəsinə SMS göndərirsiniz. Və bundan sizin telefonunuza dəyanmadan zənglər gəlir. Bu bezdirici zənglər, elə həddə çatırki, sizin danışmaq istəmədiyiniz insanı belə zənglərdən bezir. Sizdə bu servisin sayəsində həmin insandan qurtulursuz.