21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
ABŞ-ın Federal Tədqiqatlar Bürosu (FTB) potensial tərəfdaşlarına rəsmi müraciət məktubu ünvanlayıb. Müraciətdə sosial şəbəkələrdə açıq məlumatların təhlili üçün xüsusi sistemin yaradılması xahiş olunur.
İnformasiya Texnologiyaları İnstitutundan əldə edilən məlumata əsasən, “Computerworld”jurnalının məlumatına görə, FTB müxtəlif təyinatlı xəritələr üzərində təhlil olunan məlumatları yerinə və vaxtına görə avtomatik təyin edən sistem əldə etmək niyyətindədir.
Sistem özünü veb-portal resurslarından asılı olmadan və təhlükəsiz şəkildə reallaşdırmalı, istifadəçi tərəfindən müəyyən olunmuş mövzularda axtarışı həm sosial saytlarda, həm də xəbər mənbələrində avtomatik gözdən keçirməlidir.
Məlumatlar tapıldıqda sistem istifadəçiyə bildiriş göndərəcək və nəticələr coğrafi xəritə üzərində əks olunacaq.
Eyni zamanda bu xəritəyə metereoloji məlumatlar, peyk görüntüləri, cinayət və terrora dair informasiyalar əlavə etmək mümkün olacaq.
Xeberler.az