21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
"Azercell Telecom" MMC sentyabrın 24-dək hər bir abunəçi üçün gün ərzində PayCELL xidməti imkanlarından istifadənin beş dəfə artırılmasını elan edir. Bu barədə şirkətin məlumatında deyilir.
PayCELL xidməti abunəçilərə öz balansından istənilən SimSim abunəçisinin balansına kontur köçürməyə (100 və ya 200) imkan verir.
100 konturun köçürülməsi üçün konturların göndəriləcəyi abunəçinin nömrəsini 9200 nömrəsinə, 200 konturun köçürülməsi üçün isə 9202-yə SMS-lə göndərmək lazımdır.
Köçürməni Azercell-in Fakturalı Xətt abonenti etdikdə, onun hesabından 100 kontur üçün 0,40 AZN, 200 kontur köçürmə üçün 0,80 AZN (ƏDV xaric) çıxılaraq, həmin məbləğin kontur ekvivalenti olaraq 100 (200) kontur müvafiq SimSim abonentinin balansına köçürüləcək.
9200 nömrəsinə göndərilən SMS-in qiyməti Fakturalı Xətt abonentləri üçün - 0,04 AZN (ƏDV xaric), SimSim abonentləri üçün 10 konturdur.
9202 nömrəsinə göndərilən SMS-in qiyməti Fakturalı Xətt abonentləri üçün - 0,08 AZN (ƏDV xaric), SimSim abonentləri üçün 20 konturdur.
Konturları hədiyyə alan abonentin nömrəsində mövcud konturlardan istifadə müddəti bitməyibsə, hədiyyə konturları balansa əlavə olunacaq və istifadə müddəti 5 gündən azdırsa, əlavə 5 gün müddətinə artırılacaq; istifadə müddəti 5 gündən artıqdırsa, bu müddət uzadılmayacaq.
Konturları hədiyyə alan abonentin nömrəsi ikitərəfli bağlıdırsa, yəni konturlardan istifadə müddəti bitibsə, onda konturlar əlavə olunacaq və abonentin xətti 5 günlük açılacaq.
Xatırladaq ki, “Azercell Telekom” şirkəti Azərbaycan mobil rabitə bazarında 1996-cı ildən etibarən fəaliyyət göstərir və hazırda 3,5 milyon abunəçisi var.