21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
2008-ci ildə Azərbaycana mobil telefonların qeyri-leqal yolla gətirilməsi üç dəfə artaraq $17,4 mln təşkil edib. Müvafiq olaraq daxili qeyri-leqal əmtəə dövriyyəsi də artıb. O, $34,5 mln-a çatıb. Nəzərə alsaq ki, daxili bazarda şərti telefonun qiyməti orta hesabla $200-dır, bu seqmentdə vergidən ən azı $8,6 mln-luq yayınma var.
Buna Dövlətstatkomun məlumatı da sübutdur. Orada deyilir ki, 2008-ci ildə ölkəyə $5,8 mln-lıq 57 771 mobil telefon gətirilib.
Eyni zamanda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin məlumatına əsasən, mobil rabitə abonentlərinin ümumi sayı 2008-ci ildə əvvəlki illə müqayisədə 352 000 min nəfər artıb.
Dövlətstatkomun məlumatını doğru kimi qəbul etsək, ölkədə kəskin telefon qıtlığı olardı. Nəzərə alsaq ki, telefonların deyilən sayını yeni abonentlərin altıda biri alıb (16,4%) və bir çox abonentlər bir neçə telefon nömrəsi alır (bunlar 4-5 %-dir), həmçinin bir sıra abonentlər telefonu təkrar bazarda alır (3-5%), belə qənaətə gəlmək olar ki, yeni abonentlərin ən yaxşı halda dörddə biri (25%) yeni aparat ala bilib. Amma heç bir defisit müşahidə edilməyib. Əksinə, mağazaların piştaxtaları hər cür telefon cihazları ilə doludur.
Yeganə ağılabatan izah odur ki, satışdakı telefonların əksəriyyəti (ən azı 75%) qeyr-leqal şəkildə gətirilib. Daha bir həyəcan doğuran fakta diqqət yetirmək lazımdır ki, 2007-ci illə müqayisədə qeyri-formal mobil telefon bazarı ötən il üç dəfə artıb. 2007-ci ildə abonentlərin sayı rəsmi məlumata görə, 300 min artıb, leqal yolla gətirilən telefon aparatlarının sayı isə 2008-ci ildəkindən 3 dəfə çox olub ($6 mln-luq 175592 aparat).
Aydındır ki, qeyri-leqal idxalla vergi və gömrük orqanları mübarizə aparmalıdır. Amma bu orqanları yükdən azad etmək yolu da var. Söhbət hökumət səviyyəsində qeyr-leqal yolla gətirilən telefonların söndürülməsi barədə qərar qəbul edilməsindən gedir. Ukrayna bu yolla getmək istəyir. Ukraynanın rabitənin tənzimlənməsi məsələləri üzrə milli komissiyası IMEI (mobil telefonun identifikasiya kodu) kodlarının yoxlanması sisteminin tətbiqi barədə qərar qəbul edib. Bu, o deməkdir ki, Ukraynaya leqal gətirilən telefonların IMEI kodları Ukrayna Dövlət Radiotezliklər Mərkəzində qeydyyata alınacaq, mobil rabitə operatorları bu bazada olmayan telefonları söndürəcək.
Ehtimal etmək olar ki, bu qərar savadlı və vicdanla şəkildə yerinə yetirilsə, bazarın mobil seqmentində iqtisadi cinayətlər daha az olacaq. // Turan