21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Azerfon TeleManagement Forumuna daxil olan ilk Azərbaycan şirkəti oldu. 195 ölkənin 700-dən artıq korporativ üzvü birləşdirən TM Forum şirkətlərin iş səmərəliliyinin təkmilləşdirilməsinə yönlənmiş dünyanın aparıcı peşəkar assosiasiyasıdır. Forum rəqəmsal xidmətlərin yaradılması və çatdırılması yolunun dəyişdirilməsi üzrə praktik həllər, tövsiyələr və qabaqcıl idarəçilik təcrübəsini təmin edir.
“Bizim şirkət üçün TM Forumda üzvlük müştərilərimizə qabaqcıl və yenilikçi texnologiyaların, eləcə də lazımi səriştələrin təmin edilməsində mühüm bir addımdır. TM Forum kimi yüksəksəviyyəli beynəlxalq platformalarda iştirak etməklə və Vodafone, Microsoft, NSN kimi şirkətlərlə tərəfdaşlıq etməklə Azerfon qlobal telekommunikasiya təcrübəsindən yararlana bilər”, - Azerfon şirkətinin idarə heyətinin üzvü Cüneyt Türktan bildirib.
TM Forum T-Mobile, AT&T, IBM, ORACLE, HP kimi dünyanın ən böyük kommunikasiya, texnologiya və media şirkətlərini bir yerə gətirir. 3 ildən bir qədər artıq fəaliyyət göstərən Azerfon şirkəti yerli mobil telekommunikasiya bazarının aparıcı gücü olmuşdur. Nar Mobile brendinin müvəffəqiyyətlə istifadəyə verilməsi onu ən yaxşı qiymətlərə malik olan, ölkə daxilində tanınmış operatora çevirmişdir. Azerfon-Vodafone brendinin vasitəsilə 3G texnologiyasının Azərbaycanda ilk dəfə istifadəyə verilməsi müştərilərimizə ünsiyyət imkanlarını genişləndirmək imkanını yaratmışdır. Bütün bunlar Azerfon şirkətinin müştəriyə yönələn texnoloji lideri imicini gücləndirib.