21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Azərbaycan Gənclər və İdman Nazirliyi MDB üzv ölkələrindən olan gənc rəssamlar arasında “Məndə sığar iki cahan, mən bu cahana sığmaram...” adlı İnternet müsabiqə elan edir.
Müsabiqənin əsas məqsədi vizual incəsənətin və internetin imkanlarından istifadə edərək mədəni müxtəliflik dəyərlərinin inkişaf etdirilməsidir. Burada MDB məkanında vizual incəsənət sahəsində gənc istedadların aşkar edilməsi və onların yaradıcılıqlarının inkişaf etdirilməsi, müsabiqə və sərgilərin keçirilməsi, elm və yaradıcılığın inkişafı üçün internetdən ünsiyyət vasitəsi kimi istifadənin inkişaf etdirilməsi və populyarlaşdırılması, internet vasitəsi ilə incəsənət əsərlərinin nümayişi və ideyaların təbliği, eləcə də vizual incəsənət saytlarının inkişafı nəzərdə tutulur.
Müsabiqənin mövzusunun əsasını Azərbaycan şairi İmadəddin Nəsiminin “Məndə sığar iki cahan, mən bu cahana sığmaram...” şerinin fəlsəfi dini ideyası təşkil edir.
Müsabiqənin şərtlərinə əsasən vizual incəsənət sahəsində peşəkar, həvəskar və ya yeni başlayan, müsabiqənin mövzusuna, məqsəd və vəzifələrinə uyğun əsər təqdim edən, MDB üzv-dövlətlərindən olan 18-30 yaşlı şəxslər İnternet-müsabiqədə iştirak edə bilərlər. Qaliblər diplomlar və qiymətli hədiyyələrlə mükafatlandırılacaq. Bundan əlavə işlərini təqdim etmiş bütün müsabiqə iştirakçılarına sertifikat təqdim ediləcək