21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
   Toshiba şirkəti Yokaiti şəhərində ABŞ-ın SanDisk şirkəti ilə birgə təşkil olunmuş fabrikdə fləş-yaddaşların istehsal həcmini 30% azaltmaq niyyətindədir. Buna səbəb qlobal maliyyə böhranı şəraitində tələbatın kəskin sürətdə enməsidir. 
   Toshiba nümayəndələri bəyan ediblər ki, 2008-ci ilin dekabr ayının 31-də 300 millimetrlik altlıq üzərində fləş-yaddaş modulları istehsal edən iki obyektin fəaliyyəti 13 gün müddətinə dayandırılacaq. 200 millimetrlik altlıq üzərində yaddaş modulun buraxılması ilə məşğul olan iki istehsalat obyekti isə dörd günlük bağlanacaq. 
   SanDisk-də Yokaitidəki fabrikin fəaliyyətinin dayandırılması barədə məlumatı təsdiqləyiblər. Bundan əlavə SanDisk nümayəndələri qeyd ediblər ki, 2009-cu ilin yanvar ayında həmin obyektin istehsalat həcmi 70% bərpa olunacaq. 
   Həmçinin SanDisk-də fləş-yaddaşların istehsalı üçün birgə müəssisələrin yenidən təşkil olunmalarına dair Toshiba ilə danışıqların davam etdirilməsini qeyd ediblər. Şirkətlər arasında yeni sazişin 2009-cu ilin birinci rübündə imzalanacağı gözlənilir, Lenta  yazır. 
xeberler.az/Ellada