21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Yaxın vaxtlarda Azerspace milli telekommunikasiya peykinin buraxılması layihəsi üzrə ilk müqavilənin imzalanması gözlənilir. Bunu cümə günü rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Xəzər Avropa İnteqrasiya İşgüzar Klubunun üzvləri ilə görüşündə deyib.
Nazirin sözlərinə görə, müqavilənin peykin istehsalçısı olan ABŞ-ın Orbital Sciences Corporation şirkəti ilə imzalanacağı gözlənilir. İlk peykin orbitə buraxılması 2012-ci ilin iyununa planlaşdırılır. Yaxın vaxtlarda peykin orbitə çıxarılması üçün daşıyıcı raketin müəyyən olunması və onun sığortası məsələsinin həlli gözlənilir.
Nazirliyin qarşısında duran prioritet məsələlərdən biri peyk resurslarının reallaşmasıdır. Nazirlik beynəlxalq bazara Azerspace-in resurslarının 80 faizini çıxarmaq, qalan 20 faizindən isə respublikadaxili səviyyədə istifadə etmək niyyətindədir.