21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Kür və Araz çaylarının daşması zamanı baş vermiş təbii fəlakət nəticəsində sahil zolağında yerləşən rayonların yaşayış məntəqələrində rabitə qurğularına, xətt şəbəkəsinə, ATS binalarına, beynəlxalq və şəhərlərarası kabel magistrallarına, eləcə də poçt şöbələri binalarına və avadanlıqlara ciddi ziyan dəyib.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovun verdiyi məlumata görə, Nazirlər Kabinetinin 09 iyul 2010-cu il tarixli qərarına uyğun olaraq, təbii fəlakət zonasında telekommunikasiya və poçt infrastrukturuna dəymiş ziyanın 2 ay müddətində aradan qaldırılması və rabitənin bərpası üçün kompleks tədbirlərin görülməsi məqsədilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin ”Aztelekom” İstehsalat Birliyi (İB) və “Azərpoçt” MMC üzrə Tədbirlər Planı hazırlanıb və planın icrası istiqamətində zəruri tədbirlər görülüb.
Tədbirlər Planına uyğun olaraq, “Aztelekom” İB tərəfindən Hacıqabul, İmişli, Neftçala, Sabirabad, Zərdab, Saatlı və Salyan rayonlarının 41 yaşayış məntəqəsindən 36-da zədələnmiş və dağılmış rabitə xətlərinin, bina və qurğuların bərpası ilə bağlı nəzərdə tutulmuş tədbirlərin icrası tam təmin edilib. Lakin Sabirabad rayonunun Qasımbəyli, Muradbəyli, Əsgərbəyli, Axtaçı və Saatlı rayonunun Novruzlu kəndlərində suyun çəkilməməsi və əhalinin kəndlərə geri qayıtmaması səbəbindən nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsi hələlik mümkün olmayıb.
Tədbirlər Planı çərçivəsində “Azərpoçt” MMC tərəfindən Salyan Poçt Filialının 1 saylı və Hacıqabul Poçt Filialının (PF) Talış kənd poçt şöbələri üçün yeni binalar tikilib, eləcə də Salyan PF-nin 5 saylı poçt şöbəsi, Hacıqabul PF-nin Meyniman, Sabirabad PF-nin Ulacalı, Mürsəlli , Qasımbəyli , Muradbəyli, Balahəşimxanlı və Saatlı PF-nin Dəllər kənd poçt şöbələrinin binaları cari və əsaslı təmir olunub.
LENT.AZ