21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
19 iyun tarixində Bakıda Microsoft korporasiyasının qlobal təşəbbüsü çərçivəsində İnnovasiya Günü keçiriləcək.
Forumun keçirilməsində əsas məqsəd yeni informasiya-kommunikasiya texnologiyalarının (İKT) Azərbaycan iqtisadiyyatına və insan həyatının müxtəlif sahələrinə təsiri üzrə fikir mübadiləsini təşkil etməkdir.
Azərbaycanda İKT sahəsində ən iri tədbirlərdən olan İnnovasiya Günün təşkilatçısı Microsoft Azərbaycan şirkətidir.
Tədbir zamanı informasiya-kommunikasiya texnologiyalarının və iqtisadiyyatın müxtəlif sahələrinin inkişafı üçün innovasiyaların əhəmiyyəti, innovasiyaların tətbiqi zamanı biznes ilə tərəfdaşlıq və s. kimi məsələlər müzakirə olunacaq.
Milli iqtisadiyyatda innovasiyaların inkişafına piratçılığın təsiri məsələsinə xüsusi diqqət yetiriləcək.
Tədbirdə hökumət qurumların nümayəndələri, Azərbaycanın aparıcı şirkətlərinin rəhbərləri, habelə informasiya texnologiyaları sahəsi üzrə mütəxəssislər iştirakı gözlənilir.
Qeyd edək ki, Azərbaycanda Microsft-un İnnovasiya Günü 2007-2008-ci illərdə də keçirilmişdi.