21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Gələn qutunuzu dolduran istənməyən e-poçtların böyük bir qisminin arxasında botnet adı verilən qeyri-qanuni sistemlər durur. Botnetlər fərdi kompüterləri ələ keçirib zombi maşına çevirdikdən sonra istənməyən e-poçt göndərmək və ya böyük sistemlərə hücumlar etmək üçün istifadə edir.
Botnetlər sanki virtual dünyanın mafiyaları kimi işləyirlər. Viruslarla yayılırlar və günahsız ev istifadəçilərinin kompüterlərini bir kölə kimi istifadə edib, qaranlıq məqsədlərinə alət edirlər.
FireEye adlı təhlükəsizlik firmasında çalışan vəzifəli 3 mütəxəssis dünyanın ən təhlükəli 10 botnetin biri olan Mega-D-yi 2 illik əmək nəticəsində məhv edə bildilər. Bu botnet 250 min kompüteri əsir almışdır. İlk olaraq zombi kompüterlərin xəbərləşdikləri ana serverləri təsbit etdilər.
Bu serverlərin böyük bir qisminin ABŞ-da, bir dənəsinin İsraildə və bir dənəsinin də Türkiyədə olduğu təsbit edilib. İsrail və Türkiyədəki serverləri xidmət təmin edicilərin icazəsi olmadığı üçün bağladılmayıb. ABŞ-dakı serverlər isə tamamilə bağladılıb.
Bundan sonra mütəxəssislər botnetin xəbərləşmək üçün istifadə etdiyi sahə adlarının tək-tək bağlanılmasını təmin ediblər. Bu böyük əməliyyatdan sonra Mega-D qaynaqlı istənməyən e-poçtlar 99% nisbətində azalıb.
Lakin mütəxəssislər botnet sahiblərinin asan pul qazanmaq üçün yenidən bir zombi kompüter ordusu yaratmasından qorxur. FireEye-də mütəxəssislər lazım olsa Mega-D-yi bir dəfə də yıxa bilərik deyirlər.