21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Azərbaycan Mətbuat Şurası (MŞ) bu ilin yanvar-iyun ayları ərzindəki fəaliyyəti ilə bağlı hesabat açıqlayıb. Bu barədə xeberler.az-a MŞ-dən bildirilib. Qeyd olunub ki, qurumun bu müddətdəki fəaliyyəti aşağıdakı istiqamətləri əhatə edib: Komissiyaların fəaliyyəti, Mətbuat Şurasına daxil olan şikayət və müraciətlərin araşdırılması, qərar və rəylərin qəbulu; “Reket” jurnalistikaya qarşı mübarizə;Azərbaycan Respublikası Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun formalaşdırılması ilə bağlı fəaliyyət; Media ilə bağlı konfrans və dəyirmi masaların təşkili;Media monitorinqi.
2009-cu ilin ilk yarısında MŞ-yə ümumilikdə 247 müraciət daxil olub. Daxil olan şikayətlərin 23-ü MŞ-nin səlahiyyətinə aid olmadığından baxılmaq üçün müvafiq orqanlara göndərilib. Digər 224 müraciətin araşdırılması istiqamətində şura katibliyi tərəfindən müvafiq tədbirlər görülüb.
Şura Katibliyi 181 şikayətlə bağlı cavabdeh və şikayətçi tərəfləri quruma dəvət edib. Bu mərhələdə 79 məsələ yerindəcə həllini tapıb, tərəflər arasında anlaşma əldə olunub. Digər 102 halda şikayətçi və cavabdeh tərəf arasında razılığa gəlinmədiyindən məsələlər və onlarla bağlı toplanmış materiallar baxılmaq üçün şuranın müvafiq komissiyalarına təqdim edilib.
“Reket” jurnalistikaya qarşı mübarizə Komissiyasında 36 şikayət araşdırılıb. Həmin şikayətlərə rəy verilərək yekun qərarın qəbulu üçün Şuranın İdarə Heyətinə təqdim olunub. 
Mətbuatla dövlət qurumları arasında problemlərin həlli Daimi Komissiyasında 11 şikayət araşdırılıb. Onlardan 7-i həllini tapıb. 4-ü ilə bağlı əlavə materiallara ehtiyac duyulduğundan araşdırmalar davam edir.