21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
“Transition-Online” Beynəlxalq Humanitar Təşkilatın Azərbaycan bölməsi Media Mərkəzində “Sosial şəbəkələrin xeyri və ziyanı” mövzusunda dəyirmi masa keçirib.
Təşkilatın təmsilçisi Emin Hüseynzadə Azərbaycanda 369 mindən çox “facebook” istifadəçisi olduğunu, bunun 35%-ni qadınların təşkil etdiyini deyib.
Ekspert kimi məsələyə münasibət ifadə edən Rəşad Əliyevsosial şəbəkələrin probleminin tibbi olmadığını dedi. Bu şəbəkələrdə müəlliflik hüququnun qorunması, şəxsi həyatın toxunulmazlığı kimi problemlər var. Sosial şəbəkədə “şəxsi profil” anlayışı şərtidir, təmas başlayan kimi gözlənilmədən sosiallıq, ictimailik mahiyyəti alınır. Bu sosial şəbəkələrdən ən müxtəlif məqsədlər üçün istifadə etmək olar, qeybətdən, intellektual paylaşmaya qədər. R.Əliyev sosial şəbəkələrin sosiallığı və ictimailiyi gücləndirdiyini deyərək, bu şəbəkələri daha çox insanla təmas qurmaq və informasiya paylaşmaq vasitəsi kimi dəyərləndirib. Bu mənada “Facebook” daha çox informasiya bazası və düşüncələri bölüşmə məkanıdır. “Bu sosial şəbəkələrin xeyri həddən böyükdür və ona görə də bu şəbəkələrdən istifadə daim artmalıdır”, - deyə R.Əliyev qeyd edib.
Digər ekspert Vüqar Babayev sosial şəbəkədən həddən artıq istifadənin psixi problemlərə səbəb olmasını istisna etməyib. Onun fikrincə, virtual aləmdə yalnız beyin işlədiyi üçün psixi problemlər yarana bilər. Digər tərəfdən isə ekspert bu sosial şəbəkələri gerçək həyatda özlərini təsdiq edə bilməyənlərin virtual aləmdə təsdiq etmək məkanı kimi qiymətləndirilib. Ekspert həmçinin sosial şəbəkədə təhqirlərə yol verilməsini onun mənfi cəhəti kimi dəyərləndirib və sosial mediada hüququ tənzimlənmənin olmamasını mənfi hal adlandırıb. Amma, bununla belə, ekspert bu mənfi cəhətlərinə baxmayaraq, bu sosial şəbəkələrin cəmiyyət üçün çox xeyirli olduğunu təsdiqləyib. 
"Bizim Yol"