21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Axtarış zamanı bəzi sözlərdən istifadə etmək virus təhlükəsini artırır
İnternetdə hər hansı bir axtarış zamanı “music” (musiqi), “download” (yükləmə) və ya “free” (pulsuz) kimi kəlmələrdən istifadə etmək virus təhlükəsini artırır. 
 Bu barədə ABŞ-dakı bir antivirus proqramı şirkəti məlumat verib. Şirkət 5 böyük axtarış mühərrikində  - “Google”, “Yahoo”, “Live”, “AOL” və “Ask”da 2600 ən populyar sözü incələyərək və 413.000     veb-səhifəni  analiz edərək internetin ən təhlükəli kəlmələrini təsbit etmişdir. 
“Free”, “music”, “download” kəlmələri ilə aparılan axtarışların zərərli proqram riskini artırdığını açıqlayan mütəxəssislər, axtarış yerinə qeyd edilən sözləri yazmağın internetdə axtarış edənlərin virus riskini yüzdə 20 faiz artırmasına səbəb olduğunu bildiriblər.
Mütəxəssislər “Screen saver” (ekran qoruyucusu), “free games” (pulsuz oyunlar), “work from home” (evdən çalışma), “olympics” (olimpiadalar), “videos” (videolar), “celebrities” (məşhurlar), “music” (musiqi) və “news” (xəbərlər) kateqoriyalarının da ən yüksək virus riskinə malik olduğunu üzə çıxarıblar. 
Bundan başqa, “word unscrambler” (kəlmə şifrini açan), “lyrics” (mahnı sözləri), “game cheats” (oyun ipucları və ya açarları), “free ringtones” (pulsuz mobil melodiyalar) və.s. sözlər də ən təhlükəli axtarış kəlmələri arasında yer alır. 
Sonda qeyd edək ki, sadalanan kəlmələrsiz interneti təsəvvür etmək mümkün olmasa da, çalışın internetdən istifadə zamanı bu sözlərdən az istifadə edin.   www.itv.az