İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

GSMA Mobile World Congress-də “Azercell” də iştirak edir

18.02.2009 [09:58]

Fontu böyüt:      

Fevralın 16-19-da Barselonada Dünya GSMA Konqresinin növbəti toplantısı keçirilir. 200 ölkədən təmsilçinin qatılacağı bu beynəlxalq konfransda “Azercell” şirkətinin nümayəndə heyəti də iştirak edir.

Fevralın 16-19-da Barselonada Dünya GSMA Konqresinin növbəti toplantısı keçirilir. 200 ölkədən təmsilçinin qatılacağı bu beynəlxalq konfransda “Azercell” şirkətinin nümayəndə heyəti də iştirak edir.

“Azercell” şirkətindən Xeberler.az-a verilən məlumata görə, 2009-cu ildə baş tutacaq konqresin ötən ilkinə nisbətən daha iri miqyaslı olacağı gözlənilir. Çünki bu il mobil texnologiyalar sahəsində öz məhsullarını nümayiş etdirmək istəyən şirkətlərin sayı əhəmiyyətli dərəcədə artıb. Belə ki, konqresin işində 50 mindən çox nümayəndənin iştirak edəcəyi gözlənilir.

Konfransda mobil texnologiya aləminin nəhəngləri – “AT&T”, “Microsoft”, “Nokia”, “Telefonica”, “TeliaSonera” şirkətlərinin rəhbərləri ilə yanaşı “Azercell Telekom” MMC-nin prezidenti Ali Ağan da iştirak edir. Bununla da “Azercell” artıq üçüncü dəfədir ki, GSMA Konqresində iştirak edir.

Barselonaya səfəri zamanı yeni təyin olunmuş “Azercell Telekom” MMC-nin prezidenti Ali Ağan mobil rabitə dünyasının bir sıra nəhənglərinin rəhbərləri, o cümlədən GSM Assosiasiyasının rəhbəri Rob Konveylə görüşlər keçirəcək.

Konqresin məqsədi mobil telefon və simsiz rabitədə xidmət işinin qloballaşmasına nail olmaq, operator və mobil avadanlıq təchizatçıları üçün yeni imkanlar açılmasını, milli sərhədlər və mili şəbəkələri aşıb keçən mobil rabitənin gücləndirilməsini təmin etmədir. Hazırda GSM Assosiasiyasının üzvlərinin 2 milyarddan çox abonenti var. Ümumilikdə Dünya GSMA Konqresi  müxtəlif seminar və forumlarla yanaşı, mobil industriyanın ən iri sərgisini də özündə birləşdirir. Burada dünyanın aparıcı mobil operatorları və müxtəlif avadanlıq təklif edən lider şirkətləri iştirak edirlər. Bu il konqres sərgisinə qatılacaq qurumlar sırasında Ericsson, Yahoo!, Motorola, MySpace, Vodafone və s. şirkətləri göstərmək olar. 200-dən çox mütəxəssisin çıxış edəcəyi bu tədbiri 2000-dən artıq media nümayəndəsi, o cümlədən “Azercell”-in dəstəyi ilə Barselonaya gedəcək azərbaycanlı jurnalistlər də işıqlandıracaq.


xeberler.az /Nigar İmanlı
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar