21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
İranın “Səhər” kanalının Azərbaycan ərazisində yayımlanması məhdudlaşdırılacaq. Bu barədə məlumatı “Olaylar”a Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşviq Əmirov verib. Onun sözlərinə görə, məsələ ilə bağlı nazirliyə Dünya Azərbaycanıları Konqresinin həmsədri, millət vəkili Sabir Rüstəmxanlı müraciət edib. Artıq müraciətlə bağlı tədbirlərə başlanıb. Müşviq Əmirov bildirib ki, məsələ yaxın 10 gün ərzində həllini tapacaq. Nazirliyin Teleradio İstehsalat Birliyinin gördüyü tədbirlər nəticəsində İranın “Səhər” kanalının ölkənin cənub ərazisində yayımı məhdudlaşdırılacaq. 
Qeyd edək ki, sözügedən əcnəbi telekanalın yayımladığı verilişlərdə DAK həmsədri Sabir Rüstəmxanlıya qarşı təhqiramiz ifadələr işlədilib. Millət vəkili buna görə də telekanalın Azərbaycan ərazisində qanunsuz yayımının qarşısının alınması ilə bağlı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə müraciət ünvanlayıb.