21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Məlum olduğu kimi Azadlıq qəzetinin 20 oktyabr 2010-cu il 
tarixli sayıda «Azadlıq»ın saytını kimlər dağıdır? sərlövhəli 
yazıda 
Sahil-İT şirkəti ilə bağlı müəyyən məqamlar yer alıb. Adı 
çəkilən yazının müəllifi Sahil-İT şirkətini az qala Azadlıq qəzetinin saytının 
dağıdılmasında günahkar kimi təqdim edir. 
Sahil-İT 
şirkəti olaraq qətiyyətlə bildiririk ki, ölkənin İKT sektorunda cidi bir qurum 
olaraq tanınan şirkətimizin Azadlıq qəzetinin saytının dağıdılması ilə bağlı heç 
bir əlaqəsi yoxdur. Sahil-İT şirkəti olaraq baş verənlərlə 
bağlı apardığımız elementar araşdırmaların nəticəsi olaraq aşağıdakıları 
bildiririk. 
Yazıda qeyd olunan AdSahil sistemi 
Sahil-IT-nin 2006-ci ilden bəri fəaliyyət 
göstərən AdServer texnologiyası üzerindən çalışan bir İnternet 
reklam sistemidir. Onun vasitəsi ilə müxtəlif saytlarda reklam bannerləri 
yerləşdirilir, bannerlərin monitoringi aparılır, reklam kampaniyaların 
hesabatları hazırlanır. Anlaşıqlı formada desək, A saytında B bannerini 
yerləşdirmək, onun neçə nəfər tərəfindən ziyarət edildiyini, göründüyünü, 
klikləndiyini hesablamaq ucun, banner AdSahil kodu vasitəsi ilə 
yerləşdirilir.
Bildiririk ki, AdSahil sisteminə hal hazırda 100-ə qədər milli saytda 300-dən artıq reklamverənin bannerləri yerləşdirilir. Əslində baş verən ondan ibarətdir ki, Azadliq.info-nun hansısa banneri hansısa saytda yerləşdirilib və oradakı kliklər vasitəsi ilə saytlarına insanlar daxil olub. Serverin log-unda eyni səhife ünvanı görsəndiyinə görə, Azadlıq qəzetinin qeyri-peşəkar “araşdırması” nəticəsində məhz bu URL onların saytlarını “dağıdan” səhifə olaraq qəbul edilib.
Bildiririk ki, sayt vasitəsi ilə sayt dağıdılmaz. Bu utopiya və 
cəfəngiyatdır. Saytı dağıtmaq üçün saytdakı elementlərin özü, oradakı 
“boşluq”lardan istifadə olunur. Əgər söhbət hansısa “hücum”-dan ya da DDOS 
hücumdan gedirsə də, onu bir tək səhifədən təşkil etmək mümkün deyil, onun ucun 
yüzlərlə-minlürlü server və IP tələb olunur. 
Adı çəkilən yazıdakı 
http://www.adsahil.com/ads/www/delivery/afr.php?n=ac918fe0&zoneid=155 
ünvanındakı zoneid=155 kodu ilə ***.com saytında bir HTML 
kodlu banner yerləşdirilmişdir. HTML kodlu banner o deməkdir ki, 
bannerin özü ayrı yerdə yerləşir, AdSahil onu sadəcə lazım olan şərtlərlə əks 
elətdirir. HTML kod bu formadadır: 
Bu isə azadliq.info/banner/index.php ünvanında yerləşən bir 
səhifənin əks olunmasını təmin edən koddur.
Deməli nəticə ondan 
ibarətdir ki, əslində zərərverici kod elə Azadlıq qəzetinin öz saytında - 
azadliq.info- da yerləşib. 
Təəssüflə bildiririk ki, Azadlıq qəzetinin sistem 
administratorunun öz serverlərində adi bir araşdırma aparılmamağı, 
mütəxəssislərlə məslətləşməməsi zərəverici kodların məhz öz serverlərində 
olmasını müəyyən etməyə imkan verməyib. 
Sahil şirkəti olaraq bildirik ki, 
uzun müddətdir ki, biz müxtəlif ideoloji platformalarda olan yüzlərlə internet 
resurslara xidmət göstəririk.
Azadlıq qəzetində qeyri-peşəkar və tələskən formada 
hazırlanaraq verilən bu yazının bizim işgüzar nüfuzumuza zərər vuracağını 
düşünürük. 
Sahil-İT şirkəti, Azadlıq 
qəzetinin media subyekti olduğunu və problemin spesifik olmasını nəzərə 
alaraq işgüzar nüfuzunu qorumaq üçün məhkəməyə müraciət etməzdən öncə qəzetin 
Sahil-İT şirkəti ilə bağlı təkzib veriləcəyinə və Şirkətdən üzr 
istəniləcəyinə ümid edir. 
"Sahil"–İT MMC direktoru Qasımov 
V.A.
www.sahil.az