21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Microsoft korporasiyası hər bir əməkdaşına Windows Phone 7 mobil əməliyyat sistemi bazasında yığılmış smartfon hədiyyə etməyi planlaşdırır. Hazırda korporasiyanın ştatı 89 min işçidən ibarətdir. Qeyd edək ki, Microsoft öz vədini yerinə yetirsə əməkdaşlarını öz məhsulu ilə təmin edən digər şirkətlərin bu təcrübəsini təkrar edəcək.
Belə ki, 2007-ci ilin iyun ayında ilk iPhone ərsəyə gətirilərkən Apple şirkətinin icraçı direktoru Stiv Cobs bəyan edib ki, şirkətin hər tam ştatlı və burada bir ildən artıq çalışan işçisinə iPhone hədiyyə olunacaq. Həmin vaxt iPhone istehsalçısının ştat cədvəlində 18 minə yaxın əməkdaş qeyd olunub.
2008-ci ilin sonunda isə Google rəhbərliyi öz əməkdaşlarına Yeni il bayramı münasibətilə ənənəvi pul mükafatı əvəzinə Android əməliyyat sistemi bazasında hazırlanmış T-Mobile G1 smartfonunu hədiyyə edəcəyini söz verib.
Xatırladaq ki, Windows Phone 7 platformasında yığılmış ilk smartfonlar cari ilin oktyabr ayında təqdim olunub.