21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
“Google” şirkəti hüquq müdafiə təşkilatlarının saytlarını kiberhücumlardan qoruyan servisi təqdim edib. Bu barədə şirkətin rəsmi bloqunda “Google Ideas” şirkətinin baş direktoru Cared Koen bildirib.“Project Shield” (“Qalaxan layihəsi”) adlandırılan servis saytları siyasi məqsədlərlə həyata keçirilən “DDoS”-hücumlardan qorumaq üçün nəzərdə tutulub.
Layihə hazırda sınaq rejimində fəaliyyət göstərir və onun işində müstəqil xəbər və hüquq müdafiə təşkilatlarının saytları iştirak edir. Şirkət həmçinin “DDoS”-hücumların istiqamətini dünya xəritəsində real vaxt rejimində izləməyə imkan verən “Digital Attack Map” interaktiv xəritəsini və bağlı saytlara daxil olmaq və istifadəçilər arasında mühafizəli bağlantının qurulması üçün nəzərdə tutulan və hazırda sınağı keçirilən “uProxy” proqram həllini də təqdim edib.
Proqramlar yalnız “Chrome” və “Firefox” brauzerləri üçün hazırlanacaq. Yeni məhsulların təqdimatı təşkilatçılarından birinin “Google”un olduğu “Bağlantılı dünyada münaqişə” (Conflict in a Connected World) konfransı çərçivəsində baş tutub. Konfransda haker-fəallar, təhlükəsizlik üzrə ekspertlər və sahibkarlar iştirak edir. Tədbir internetdə ifadə azadlığı problemlərinə həsr olunub. (mincom.gov.az)