21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) “Aztelekom” İstehsalat Birliyində “qaynar xətt” yaradıb. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, 24 saat fasiləsiz rejimdə respublikanın bütün bölgələrində vətəndaşlara ödənişsiz xidmət göstərəcək “qaynar xəttə” 012 122 saylı nömrə ilə zəng etmək olar.
Sözügedən xidmətin yaradılmasının başlıca məqsədi \\Aztelekom\\ İstehsalat Birliyində göstərilən rabitə xidmətlərinin keyfiyyəti barədə rəy və təkliflərin, eləcə də istifadəçilərin İB-nin xidmətlərindən yararlanarkən qarşılaşdıqları müxtəlif problemlər (telefon çəkilişi, telefonların işləməməsi, internetə qoşulma zamanı çətinliklər və s.) haqqında məlumatın operativ çatdırılmasını təmin etməkdir.
Qeyd edək ki, “qaynar xətt” “Aztelekom” tərəfindən regionlarda yeni nəsil informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin sürətləndirilməsi, bu sahədə dünya miqyasında qazanılmış ən son nailiyyətlərin ucqarlarda da kütləvi istifadəsinə şərait yaradılması istiqamətində həyata keçirdiyi prioritet tədbirlər çərçivəsində yaradılıb.
Bundan əlavə, qeyd olunan nömrəyə zəng etməklə yanaşı, xüsusi olaraq vətəndaşların müraciətlərinin qəbulu üçün həmçinin [email protected] elektron poçtu da fəaliyyət göstərir.
mənbə ANSPRESS