21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
2030-cu ilə kimi ABŞ-ın Rusiya ərazisi boyu istənilən yerə kosmik silahlardan istifadə edərək zərbələr vurmaq imkanı olacaq. Bu təhlükə barədə Rusiyanın Hərbi Hava Qüvvələrinin komandanı Aleksandr Zelin xəbərdarlıq edib.
O, bildirib ki, bunun qarşısını almaq üçün adekvat tədbirlər görülməlidir. Generala görə, söhbət yeni tipli silahlardan gedir.Zelin bəyan edib ki, 20 ildən sonra bir sıra xarici ölkələr, ilk növbədə ABŞ-ın Rusiya ərazisində faktiki istənilən hədəflərə yüksək dəqiqliyi ilə seçilən zərbələr vurmaq imkanı olacaq. Zelinə görə, bu vaxta kimi xarici ölkələrdə prinsipial yeni sistemlər hazırlanacaq - bu hipersəsli və hava-kosmik uçan cihazlar, kəşfiyyat-zərbə heyətsiz aparatlar, habelə yeni fiziki prinsiplərə söykənən silahlar olacaq. Bu baxımdan Rusiya adekvat cavab addımları haqda fikirləşməlidir.
Hazırda bildirildiyinə görə, Rusiyada hava-kosmik müdafiəsi üçün S-500 sistemləri hazırlanır. Habelə C-400 «Triumf» sistemləri geniş istifadə olunacaq. Hələlik C-400 sistemi ilə Moskva yaxınlığında 2 alay təchiz edilib. Nəzərdə tutulan C-500 konkret parametrləri hələlik açılmır.
Bununla belə, hazırda Moskvanın nəyə qadir olmasını Rusiyanın Hərbi Hava Qüvvələrinin başçısı Aleksandr Zelenin belə təsvir edib: «Hələlik ancaq Rusiya saniyədə 5 km surətə qədər hərəkət edən hədəfləri aşkar edib onları vurmaq imkanına malikdir». Bu arada bəzi ekspertlərə görə, Rusiya hərbçiləri kosmosdan mümkün zərbələr məsələsini şişirdirlər. Hazırkı böhran dövründə büdcələr kəsilir və hərbçilər hərbi istiqamətə ayrılan maliyyəni saxlamaq üçün mümkün müdhiş gələcək haqda danışırlar. http://musavat.com