21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Bu gün Bakının 5 №-lı ümumtəhsil məktəbində tədrisdə informasiya-kommunikasiya texnologiyalarının (İKT) tətbiqinə həsr olunmuş açıq dərslər keçirilib.
Dərslər zamanı tədrisdə İKT-nin ümumi tətbiq modeli təqdim olunub. Həmçinin iştirak edənlər İKT-nin imkanları, texniki avadanlıq və multimediya həllərinin istifadəsilə dərslərin keçirilməsi üçün metodik tövsiyələr haqqında tam məlumat əldə ediblər. 
“2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində keçirilən açıq dərslərdə Təhsil nazirliyinin Təhsil sisteminin informasiyalaşdırılması idarəsinin, Bakı Təhsil İdarəsinin, MƏDƏD qeyri-hökumət təşkilatının nümayəndələri, həmçinin “Müəllimlərin peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsi” adlanan xüsusi treninqlərdə iştirak etmiş müxtəlif məktəblərin müəllimləri iştirak ediblər. /www.mincom.gov.az/