21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Gün ərzində dünya üzrə milyonlarla sənəd, çox vaxt buna xüsusi zərurət olmadan çapa verilir. Ofis işçilərinin, eləcə də personal kompüterlərin ev istifadəçilərinin bu cür “qeyri-ekoloji” hərəkətlərinin qarşısını almaq üçün Ümumdünya Vəhşi Təbiət Fondunda (WWF) yeni fayl formatı yaradılıb. Xeberler.az portalının Rabitə və İnformasiya nazirliyinin rəsmi internet saytına istinadən verdiyi xəbərə görə, Mahiyyətcə, geniş yayılmış .pdf formatı ilə eyni olan .wwf formatının bir, lakin böyük fərqi var.
Belə ki, yeni formatlı faylları çapa vermək qeyri-mümkün olacaq. Bu cür addımla təbiət mühafizəçiləri kağız istifadəsinin həcmini azaltmaqla meşələri qorumağı düşünür. “Çapa buraxılmaq üçün zəruri olmayan sənədləri müəyyən edin və faylları saxlayarkən buna müvafiq formatı seçin”, - deyə Fondun bəyanatında qeyd olunur. Hələ ki, yeni format və onun dəstəklənməsi üçün proqram təminatı işlənib hazırlanma mərhələsindədir və yalnız Mac OS əməliyyat sistemində tətbiq oluna bilər. Bununla belə bildirilir ki, yaxın gələcəkdə Windows platforması üçün də müvafiq proqram təqdim olunacaq.