21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
“Speedtest” şəbəkəsini yaradan “Ookla” şirkətinin “NetIndex” reytinqinə əsasən, Azərbaycan İnternetinde daxilolma ( download) trafikinin orta sürəti 2,75 Mbit/s təşkil edir. Bu barədə şirkətin məlumatında deyilir.
Bakı üzrə bu göstərici 2,83 Mbit/s, Sumqayıt şəhəri üzrə 2,99 Mbit/s təşkil edir.
Ölkə bu göstərici üzrə dünyanın 174 ölkəsi arasında 111-ci yeri tutur.
Nəticələr 2011-ci il dekabrın 5-dən 2012-ci il yanvarın 3-dək aparılan eksperimental araşdırmaların əsasında əldə edilib. Sınaqların keçirilməsi üçün 187578 unikal IP ünvan seçilib.
Reytinqdə Azərbaycanın 20 internet provayderi və rabitə operatorlarının statistik göstəriciləri yer alıb. Araşdırmaların aparıldığı müddətdə qeyd edilən provayder və operatorların şəbəkələrində daxilolma trafikinin maksimal sürəti 4,59 Mbit/s (“Eurosel” şəbəkələrində), minimal sürəti isə 1,49 Mbit/s (“Datacell”) olub.
Azərbaycan çıxan trafikin reytinqinə görə 120-ci yeri tutub. Burada istifadəçilər şəbəkəyə 0,98 Mbit/s sürəti ilə qoşulurlar. Bakı üzrə bu göstərici 0,98 Mbit/s, Sumqayıt üzrə isə 1,26 Mbit/s təşkil edir.
Çıxan trafikin reytinqində, həmçinin Azərbaycanın 20 internet-xidmət-provayderləri və rabitə operatorlarının statistik nəticələri yer alıb. Araşdırmaların aparıldığı müddətdə onların şəbəkələrində çıxan trafikin maksimal sürəti 2,12 Mbit/s (Azərbaycan Təhsil Şəbəkəsində AzEduNet), minimal sürət isə 0,37 Mbit/s (Azerbaijan Data Network) qeydə alınıb. 
Azərbaycan İnternet Forumunun prezidenti Osman Günzdün fikrincə isə bu nəticə heç də qənaətbəxş deyil, əksinə ölkədə son dövrlər xeyli müzakirələrə səbəb olan internetin keyfiyyətsizliyinin göstəricisidir. "“Speedtest” şəbəkəsi internetin sürət məsələləri ilə bağlı dünyada oturuşmuş beynəlxalq qurumlardan biridir. Bu qurumun açıqladığı nəticələr isə daim öz obyektivliyi ilə seçilib. Son nəticələrə görə Azərbaycan İnternetinde daxilolma ( download) trafikinin orta sürəti 2,75 Mbit/s təşkil etməsi isə çox təəssüf edici bir məqamdır. Çünki qurumun hesabatında Azərbaycanda internetə daxilolma ( download) trafikinin orta sürəti  2,75 Mbit/s təşkil etdiyi halda, Gürcüstan və Ermənistanda bu göstəricilər 6,58 və 4,15 Mbit/s -dir. Rusiyada bu rəqəm 11.61 , Ukraynada 18.45, Türkiyədə isə 6.62 Mbit/s-dir. Bu isə onu göstərir ki, Azərbaycan regionda ən aşağı göstəricilərə malikdir və internet sahəsində potensial imkanlar yetəri qədər istifadə olunmur. "
Qeyd edək ki, “NetIndex” reytinqinə əsasən internetə daxilolma ( download) trafikinin orta sürətinə görə Estoniya 45.73 Mbit/s sürətlə liderdir.