21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Bu gün Bakıda Microsoft Azərbaycan” şirkəti Təhsil Nazirliyi və Azərbaycan İnternet Forumunun birgə həyata keçirdikləri “Uşaqların İnternetdə Təhlükəsizliyi” pilot layihəsinin təqdimatı keçirilib.
Tədbirdə çıxış edən “Microsoft Azərbaycan” şirkətinin baş direktoru Teymur Axundovun sözlərinə görə, bir halda ki, İnternet istənilən məlumatları ani şəkildə əldə etməyə imkan verir, nəzərə almalıyıq ki, həmin məlumatlar uşaqlar üçün həm faydalı, həm də çox zərərli ola bilərlər.
Azərbaycanın İnternet forumunun rəhbəri Osman Gündüz öz çıxışında uşaqların internetdə təhlükəsizliyi problemini qloballığı barədə danışıb. 
Təhsil nazirinin müavini İradə Hüseynova isə öz çıxışında informasiya kommunikasiya texnologiyalarının bir alət kimi yetişən nəslin biliklərə yiyələnməsində vacib olduğunu qeyd edib. Onun bildirdiyinə görə, atılan addımlar uşaqlara internetdən təhlükəsiz istifadə üçün imkanlar yaradacaq. 
Qeyd edək ki, Layihə  Microsoft şirkətinin bütün dünyada həyata keçirdiyi “Сhild Safety Online” qlobal proqramının tərkib hissəsidir. 
Layihənin əsas məqsədi ictimaiyyətin diqqətini uşaqların mümkün zərərli informasiya təsirindən qorunması üçün onların İnternetdən təhlükəsiz istifadəsi probleminə yönəltməkdən ibarətdir.