21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Azərbaycanda informasiya və kommuniaksiya texnologiyaları bazarının davamlı inkişafı ilk öncə ölkə iqtisadiyyatının sabitliyi ilə əlaqələdir. Bu haqda HP şirkətinin MDB ölkələri üzrə baş direktoru Rudi Kozak bəyanat verib.
Onun sözlərinə görə, dünya maliyyə bazarlarında baş verən dəyişikliklər fonunda Azərbaycanın stabil iqtisadiyyatı ölkədə fəaliyyət üçün əlverişli mühit yaradır. Məhz elə əlverişli iqtisadi şərtlər, maliyyə böhranı əlamətlərinin olmaması, milli valyutanın sabitliyi uğurlu biznes üçün əla imkanlar yaradır.
R.Kozak qeyd edib ki, sabit iqtisadiyyat sayəsində HP şirkətinin 2009-cu maliyyə ili ərzində Azərbaycan üzrə aralıq nəticələri müsbət oldu. Həm İKT-nin tətbiqi sahəsində həyata keçirilən iri layihələri, həm də kompüter və digər avadanlıqların satış artımını müsbət qiymətləndirmək olar.
R.Kozak həmçinin bildirib ki, İKT sahəsində məhsul, xidmət və həllərə olan tələbat isqtisadiyyatın sabit olmasından xəbər verir. Azərbaycandan fəqrli olaraq MDB-nin bəzi digər ölkələrində bir çox istiqamətlər üzrə həmin göstəricilər aşağıdır.
Azərbaycanda HP-nin məhsul və həllərinə olan tələbatın strukturunu təhlil edən, R.Kozak ən böyük tələbatın server həllərinə olduğunu bildirib ki, bu da iqtisadiyyatda əla bir durumun göstəricisidir.