21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Bu gün Azərbaycan Mətbuat Şurasında tələbə problemlərinin KİV-lərdə işıqlandırılması məsələlərinə dair dəyirmi masa keçirilib. Qaynar.info-nun məlumatına görə, Azərbaycanda fəaliyyət göstərən aparıcı tələbə təşkilatlarının təmsilçilərinin, MŞ İdarə Heyəti üzvlərinin və qəzet baş redaktorlarının qatıldıqları tədbiri giriş sözü ilə Şura sədri Əflatun Amaşov açıb. MŞ sədri KİV-lərin tələbə problemlərinin işıqlandırılması sahəsindəki mövcud vəziyyət barədə məlumat verib. Onun sözlərinə görə, hazırkı dövrdə mətbuatda bununla bağlı fundamental sistemin mövcudluğu gözə çarpmır: “Doğrudur, ayrı-ayrı gənclər təşkilatlarının aktivliyi hiss olunur və onların fəaliyyəti barədə KİV-lərdə mütəmadi məlumatlar yer alır. Konkret tələbə problemlərinə münasibətdə isə eyni sözü söyləmək mümkünsüzdür. Təbii ki durumun mövcud şəkil alması təkcə kütləvi informasiya vasitələrindən asılı deyil. Bu mənada tələbələrin də üzərinə məsuliyyət düşür. Onlar daha çox təşkilatlanmalı və media ilə əlaqələrini gücləndirməyə çalışmalıdırlar”.
Azərbaycan Tələbələr Birliyinin sədri Elnur Aslanov rəhbərlik etdiyi qurumun məhz bu zərurətdən irəli gələrək fəaliyyət göstərdiyini diqqətə çatdırıb. O, həmçinin iştirakçılara qurumun həyata keçirdiyi tədbirlər barədə də məlumat verib.
“Olaylar” qəzetinin baş redaktoru və eyni adlı informasiya agentliyinin baş direktoru Yunis Oğuz çıxışında tələbə problemlərinin KİV-lərdə işıqlandırılmasının vacibliyinə diqqəti yönəldərək bununla bağlı media orqanlarının üzərinə düşən vəzifələrdən söhbət açıb. O, rəhbərlik etdiyi KİV-lərdə məsələ ilə bağlı təşəbbüslərə geniş yer verməyə hazır olduğunu bildirib.
MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri (BAMF) Umud Rəhimoğlu BAMF-nin Azərbaycanda təhsil alan əcnəbi tələbələrlə aktiv əlaqədə olduğunu bildirib. O, təşkilatın müxtəlif vaxtlarda onların Azərbaycandakı qaçqın şəhərciklərinə səfərlərini təşkil etdiyi vurğulayıb: “Diqqətimi çəkən cəhət xarici ölkələrdən olan tələbələrin Azərbaycan həqiqətləri barədə tam məlumatsızlığı idi. Belə bir vəziyyətin formalaşması isə tələbələrdən asılıdır. Onlar təşəbbüs göstərməli, hətta müəyyən məqamlarda üzləşdikləri uğursuzluqlara görə ruhdan düşməməlidirlər”. Tədbirdə çıxış edən müxtəlif tələbə təşkilatlarının rəhbərləri KİV-lə münasibətlərində qarşıya çıxan çətinliklər və pozitiv məqamlar haqqında danışıblar.