İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

BLOQOSFER 2011-Ə QEYDİYYAT BAŞLANDI

22.07.2011 [18:18]

Fontu böyüt:      

Bloqçular və yeni media mütəxəssisləri yenidən bir araya gəlir

Cari ilin 2-4 Sentyabr tarixləri arasında, Nabranda Bloqosfer 2011 Forumu keçiriləcək. Forumda 150-dən çox bloqçu və yeni media mütəxəssisi Azərbaycanın İnternet media mühitini müzakirə etmək üçün  bir araya gələcək.

Layənin kordinatoru Azər Nəzərovun xeberler.az-a verdiyi məlumata görə forumda bloqçular, yeni media mütəxəssisləri ilə yanaşı bu sahənin inkişafında maraqlı olan dövlət, biznes, QHT, beynəlxalq təşkilat nümayəndələri də iştirak edəcəklər.

Bloqosfer – bloqçular və yeni media mütəxəssisləri forumunun məqsədi bloqçuları, yeni media mütəxəssislərini, İnternetə aidiyyatı olan müxtəlif qurumları və ümumilikdə İnternet ictimaiyyətini bir araya toplayaraq bloqçuluğun və sosial medianın inkişafı istiqamətində təkliflər hazırlamaqdır.

Ənənəyə sadiq qalaraq bu il də Bloqosfer forumunda müzakirə olunacaq mövzular öncədən deyil, tədbir zamanı məhz iştirakçılar tərəfindən təyin olunacaqdır. Müzakirə mövzuları ilə yanaşı İnformasiya Texnologiyaları, İnternet və sosial mediaya aid olan qurum nümayəndələri son bir ildə görülən işlər və gələcək planlara dair təqdimatla çıxış edəcəklər.

Bloqosfer 2011 forumunda üslubundan, sahəsindən aslı olmayaraq (texnoloji, sosial, elmi, biznes və s) hər bir bloqçu, yeni media mütəxəssisi və ya bu sahəyə marağı olan hərkəs www.bloqosfer.com- da qeydiyyatdan keçərək iştirak edə bilər.

Xatırladaq ki, ilk dəfə  2010-cu ildə təşkil olunmuş Bloqosfer forumu nəticəsində iştirakçılar tərəfindən İnternet mediasının inkişafı üçün aidiyyatı qurumlara və o cümlədən İnternet ictimaiyyətinə ünvanlanan 20 təklifdən ibarət müraciət qəbul olunmuşdur. Bloqosfer 2011 forumu “İnformasiya Texnologiyaları, İnternet və Media” İctimai Birliyi (İTİM), Barkamp Azərbaycan və Azərbaycan İnternet Forumunun təşkilatçılığı ilə həyata keçirilir.


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar