21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndiFontu böyüt:
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun və Mətbuat Şurasının birgə təşəbbüsü ilə “Kütləvi informasiya vasitələrinin dili” mövzusunda respublika elmi konfransı keçiriləcək. Tədbir iyunun 25-də, saat 11.00-da AMEA Rəyasət Heyətinin iclas zalında baş tutacaq. 
Konfransda Azərbaycanda qəzet adları, mətbuat və dil xüsusiyyətləri, mediada söz yaradıcılığının inkişaf xüsusiyyətləri, kütləvi informasiya vasitələrində alınma sözlərin işlənmə məqamları, idman leksikası və digər məsələlərlə bağlı məruzələr səslənəcək, mövzular ətrafında fikir mübadilələri aparılacaq. 
Toplantıda ölkədə KİV sahəsində fəaliyyət göstərən tanınmış alim və mütəxəssislərin, nüfuzlu media qurumlarının rəhbərlərinin, ictimaiyyət nümayəndələrinin iştirakı nəzərdə tutulur.
mənbə:APA.az