21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadənin sədrliyi ilə Standartlaşdırma üzrə “İnformasiya-kommunikasiya texnologiyaları” Texniki Komitəsinin (TK) növbəti iclası keçirilib. 
İclasda E.Vəlizadə iclas iştirakçılarını “İnformasiya texnologiyası-Təhlükəsizlik metodları-İnformasiya təhlükəsizliyinin idarə edilməsi üzrə əməli qaydalar”, AZS 324-2008 (ISO/IEC 27002-2005) Dövlət standartının Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) 25 dekabr 2008-ci il tarixli, 160 nömrəli əmrinə əsasən təsdiq edilməsi və 01.01.2009-cu il tarixindən tətbiq ediləcəyi münasibətilə təbrik edib.
Sonra TK və SMPDK tərəfindən hazırlanmış Milli standart “İnformasiya texnologiyası - Təhlükəsizliyin təmin edilməsinin metod və vasitələri - İnformasiya texnologiyalarının təhlükəsizliyinin qiymətləndirmə kriteriləri”, AZS ISO/IEC 15408 standartı üzv təşkilatların nümayəndələri tərəfindən müzakirə olunub.
İclasda həmçinin TK cari fəaliyyəti ilə bağlı məsələlərə baxılıb. 
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin birgə yaratdığı Standartlaşdırma üzrə “İnformasiya-kommunikasiya texnologiyaları” Texniki Komitənin əsas məqsədi - informasiya-kommunikasiya texnologiyaları sahəsində beynəlxalq standartların tətbiqi və milli standartların hazırlanması, müvafiq tənzimləyici normativ sənədlərin işlənilməsi, onlardan istifadənin effektivliyinin artırılması, beynəlxalq və dövlətlərarası standartlaşdırma işlərində iştirak edilməsidir.