İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində İnternet Studiya yaradılır

13.01.2012 [11:59]

Fontu böyüt:      

BDU-nun rektoru, akademik Abel Məhərrəmov Azərbaycan İnternet Forumunun prezidenti, Multimedia Mərkəzinin direktoru Osman Gündüzlə görüşüb
Məlum olduğu kimi ötən ildən başlayaraq “Ali təhsil müəssisələrində Yeni medianın  tədrisinin təkmilləşdirilməsi ” Layihəsinin icrasına başlanılıb.  Layihə Multimedia Mərkəzi tərəfindən  Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsi ilə sıx əməkdaşlıq şəraitində keçirilir. Layihə çərçivəsində yeni media sahəsi ilə əlaqəli fənlərin tədris modellərinin hazırlanması , jurnalistika təhsili verən hər bir ali təhsil müəssisəsi üçün Onlayn laboratoriya- onlayn qəzetin modulunun və  Yeni media texnologiyalarının tədris edən müəllimlərə köməklik məqsədilə elektron tədris resursun yaradılması, təlimlərin keçirilməsi  nəzərdə tutulur.  
Həmçinin Layihə çərçivəsində yalnız bir ali təhsil müəssisəsində -  BDU-nun  Jurnalistika fakültəsində İnternet TV Studiyanın yaradılması planlaşdırılıb.

Bu gün Layihə çərçivəsində görüləcək işlərlə bağlı BDU-nun rektoru, akademik Abel Məhərrəmovla görüş keçirilib. Görüşdə Layihənin direktoru , Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz, Jurnalistika fakültəsinin dekanı Yalçın Əlizadə, Kafedra müdiri Cahangir Məmmədli və digər şəxslər iştirak ediblər .

Layihənin rəhbəri Osman Gündüz ABŞ - Azərbaycan Media İnkişafı Fondu tərəfindən dəstəklənən “Ali təhsil müəssisələrində Yeni medianın  tədrisinin təkmilləşdirilməsi ” Layihəsi haqqında və layihə çərçivəsində BDU-da görülməsi nəzərdə tutulan işlər haqqında məlumat verib.

 BDU-nun rektoru, akademik Abel Məhərrəmov Yeni media texnologiyalarının və bu  sahədə tədris prosesinin inkişaf etdirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini bildirib. O, bu istiqamətdə atılan addımların, xüsusilə də yeni medianın tədrisinin Universitetlərdə təkmilləşdirilməsinin olduqca vacib olduğunu qeyd edib. Yaradılacaq İnternet studiyanın , onlayn resursların media bazarının tələblərinə cavab verən kadrlar hazırlanmasında önəmli rol oynayacağını bildirib. O, İnternet studiyanın digər Universitetlərin faydalanması  üçün də əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Görüşdə Abel müəllim tələbələrin praktiki bacarıqlarının artırılmasının daha mükəmməl sisteminin yaradılmasını sürətləndirmək üçün Layihə çərçivəsində yaradılacaq İnternet Studiyanın Universitetin hesabına daha  da zənginləşdirilməsinə göstəriş verib. O, yeni media texnologiyalarının tədrisi və praktiki təcrübə üçün gərəkli olan digər bütün yeni avadanlıqların dərhal Universitet hesabına alınması və quraşdırılmasına göstəriş verib. Eyni zamanda İnternet TV Studiyanın daha geniş və şəraiti normal olan otaqda yaradılmasının və prosesin tezləşdirilməsinin vacibliyini qeyd edib.

Sonda Abel müəllim görüləcək işlərlə bağlı tövsiyələrini çatdırıb, Layihə çərçivəsində görüləcək işlərə uğurlar  arzulayıb və  Jurnalistika fakültəsinin modernləşdirilməsi istiqamətində yeni təklifləri gözlədiyini vurğulayıb.


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar