21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
"Delta Telecom" şirkəti xarici serverlərdə yerləşdirilmiş Azərbaycan saytlarının yarısından çoxunu artıq Milli Data Mərkəzinə köçürüb.
Şirkətin texniki direktoru Atəş Rzayevin "ICTnews" xəbər xidmətinə verdiyi məlumata əsasən, saytlar güzgü texnologiyası istifadə edilməsi ilə yanaşı, digər texnologiyalar vasitəsilə də xarici serverlərdən Azərbaycana daşınır.
"Bundan başqa, Azərbaycan kontentini xarici hostinqlərdən götürüb Azərbaycanın Milli Data Mərkəzində yerləşdirilməsi üçün bütün şərait yaradılıb və hər yeni yaradılan saytın mütləq şəkildə yerli Data Mərkəzinə köçürülməsi istiqamətində ciddi işlər aparılır",- deyə o bildirib.
Qeyd edək ki, şirkətin Milli Data Mərkəzinin serverlərində resursların yerləşdirilməsi üzrə təqdim etdiyi imkanlar, beynəlxalq axtarış sistemlərinin yerli serverlərdə yerləşdirilməsi milli kontentin əks-miqrasiya prosesini sürətləndirir. Son zamanlaradək Azərbaycan saytlarının 97%-i Almaniya və ABŞ-da yerləşdirilirdi.
Milli Data Mərkəzinin məqsədi milli kontentin inkişafı, onun yerli serverlərdə yerləşdirilməsi və bu resursların məlumatlarının tam təhlükəsizliyini təmin etməkdir.
"Delta Telecom" istifadəçilərə proqram səviyyəsində bir neçə fiziki serveri və yaddaş qurğusunu birləşdirərək virtual serverlərin yaradılması xidmətini də təqdim edir. Hər bir virtual serverdə əməliyyat sistemini tətbiq etmək olar və onu fərdi kompüter kimi istifadə etmək olar. Hostinqin idarəedilməsi sifarişçiyə təqdim edilən "С-Panel" vasitəsilə həyata keçirilir. (İctnews)