Müsabiqədə İnformasiya Cəmiyyətindən, elektron hökumət quruculuğundan yazan, elektron xidmətlərin hazırlanması və tətbiq edilməsi prosesini araşdıran, ümumiyyətlə İKT-nin müxtəlif sahələrdə tətbiqindən  yazan jurnalistlər və  bloqçular iştirak edib.  Eyni zamanda ilk dəfə olaraq müsabiqəyə Twitter mikrobloqundan aktiv istifadə edən mikrobloqçular da qoşulub.

Müsabiqəyə onlayn media qurumlarında dərc olunmuş 30 məqalə təqdim edilib. Həmçinin 52  mikrobloqçu   qabaqcadan müəyyən olunan  #ehokumet və #etehsil həştəqləri ilə elektron hökumət quruculuğu və elektron təhsillə bağlı məlumatlar paylaşıblar.
Hazırda yazıların və tvitlərin münsiflər heyəti tərəfindən qiymətləndirilməsinə başlanıb. Münsiflər heyəti  İKT və media sahəsinin tanınmış ekspertlərindən ibarət olmaqla Multimedia Mərkəzi tərəfindən formalaşdırılıb. Qiymətləndirmə prosesi dekabrın 9 -dək davam edəcək.
Müsabiqənin yekun nəticələrinin elan olunması və mükafatlandırılma mərasiminin  
11 dekabrda  keçirilməsi nəzərdə tutulub. Qaliblər və fərqlənənlər qiymətli hədiyyələrlə ( planşetlər, smartfonlar, netbuklar və s.) mükafatlandırılacaqlar.
2006-cı ildən  başlayaraq  hər il  keçirilən bu layihənin və  müsabiqənin məqsədi ölkədə informasiya cəmiyyəti quruculuğuna dəstək vermək, bu ideyanı daha da populyarlaşdırmaq, İKT-dən yazan jurnalistlərin peşəkarlığının artırılmasına dəstək vermək , İKT-dən cəmiyyətin bütün sahələrində istifadə edilməsinin üstünlüklərini geniş kütlələrə çatdırmaqdan ibarətdir. 
Müsabiqə haqqında,  yazıların mövzuları, qiymətləndirmə meyarları, münsiflərin tərkibi  ilə  bağlı daha geniş məlumatı 
www.telim.org  saytından əldə etmək olar.
Layihə RİTN –in dəstəyi və Nar Mobile- in Baş sponsorluğu ilə keçirilir.