21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Daha öncə də xəbər verdiyimiz kimi AEGEE-Bakı Avropa Tələbələr Forumu 2Y “Yaz-Yay Məktəbi” Yeni media və İnternet haqqında təlimlər layihəsinə davam edir.
Bu gün həmin layihə çərçivəsində, bloq yazmaq istəyən, Bloqer olmaq istəyən gənclər, tələbələr və gənc jurnalistlər üçün nəzərdə tutulmuş növbəti təlimə start verildi.
Təlimin ilk günü daha çox nəzəri biliklərin iştirakçılara çatdırılması ilə yadda qaldı.Təlimçilər İlqar Mirzə və Baba Əliyev Bloq nədir? Nə üçün YAZmaq lazımdır? mövzusunda maraqlı fikirlərini iştirakçılarla bölüşdülər. Bundan əlavə iştirakçılar arasında maraqlı viktorinalar da keçirildi.
Tədbirin növbəti günlərində isə daha çox praktiki məşğələlərin keçiriliməsi planlaşdırlır:
*  Bloq YAZmaq (post növləri, nə yazmalı, necə yazmalı və necə yerləşdirməli)
*  Məşhurlaşdırmaq və YAYmaq  (oxucuların cəlb olunması)
*  Bloqun idarə olunması (istifadə rahatlığı, funksionallıq, əks-əlaqə)
*  Bloq yaratmaq (prinsiplər, ad seçimi, platforma seçimi, )
*  Bloqdan qazanc (Kim qazanır? Nə və necə qazanır?)- təlimin növbəti günlərində iştirakçıların nəzərinə çatdırılacaq mövzulara daxildir.
Qeyd edək ki, AEGEE-Bakı Avropa Tələbələr Forumu 2Y “Yaz-Yay Məktəbi” Yeni media və İnternet haqqında layihəsi çərçivəsində həyata keçirilən bu təlimin 3 gün müddətidnə reallaşdırılacağı nəzərdə tutulub.