21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının www.ntrc.gov.az domen adlı İnternet resursu olduqca zəif sayt təsiri bağışlayır. Burada ən adi informasiyalar belə gözə dəymir. Düzdür, əvvəlki monitorinqlərlə müqayisədə bu dəfə saytın texniki cəhətdən bir qədər təkmilləşdirildiyini demək olar. Ancaq bu heç də o anlama gəlmir ki, sayt dolğun və standartlara cavab verəcək haldadır. Beləliklə, MTRŞ-nin saytında gördüklərimiz:
1. Qurumun özü ilə bağlı informasiyalar yetərli və dolğun sayıla biləcək həddədir.
2. Ziyarətçilərin əlaqə saxlaması üçün imkanlar təklif edilir. Yalnız qurumun ünvanının marşrut və sxemi, həmçinin bura gəlmək üçün ictimai nəqliyyat vasitələri haqqında bilgi yoxdur.
3. Struktur bölmələrinin rəhbərləri, onların ünvanları və səlahiyyət çərçivələri barədə bilgi verilmir.
4. Qurumun rəhbəri ilə birbaşa əks əlaqə imkanı təklif edilmir. Bundan başqa struktur bölmələrinin rəhbərləri barədə də hər hansı bilgi yoxdur.
5. Qurumun cari fəaliyyətini əks etdirən bölümdə qurumdaxili əmr və sərəncamlar, həmçinin həyata keçirilən proqram və layihələr barədə bilgi verilmir.
6. Ümumi dövlət büdcəsinin rəqəmlə ifadəsi və onun quruma aid hissəsinin ayrıntıları barədə saytda heç nə deyilmir.
7. Qurum tərəfindən təklif edilən xidmətlər barədə də hər hansı bilgi təklif edilmir.
8. İşə qəbul qaydaları və boş iş yerləri barədə heç bir bilgi nəzərə çarpmır.
9. Sahə işçilərinin əmək haqları barədə bilgilər də çatışmayanlar arasındadır.
10. Vətəndaşların qəbul qaydaları, qəbul günləri və saatları barədə hər hansı bilginin verilməməsi saytın ciddi qüsurları sırasındadır.
11. Tender və müsabiqələr haqqında heç bir bilginin olmaması da bu qəbildəndir.
12. Qurumun norma- (qanun)yaratma fəaliyyəti haqqında olacaq bölüm ümumiyyətlə yoxdur.
13. Texniki imkanlara gəlincə deməliyik ki, burada əks əlaqə üçün onlayn forma və abunə yazılışı çatışmır. Abunə yazılışı təklif edilir, ancaq işləmir.
Qeyd edək ki,bu araşdırma Multimedia Mərkəzi tərəfindən 01 fevral 2009-cu il tarixdən etibarən "İctimai informasiya subyektlərinin ( dövlət orqanları və bələdiyyələrin) rəsmi internet resurslarının monitorinqi" layihəsi çərçivəsində həyata keçirilib.
Daha ətraflı məlumatı http://www.informasiya.org saytından əldə edə bilərsiz.