21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Yeni Azərbaycan Partiyası (YAP)
Qadınlar Şurası və Bakı şəhəri Səbail rayonu 132-134 saylı təhsil kompleksinin
birgə təşkilatçılığı ilə adı çəkilən təhsil müəssisəsində “İnformasiya cəmiyyəti:
sosial şəbəkələrdə milli-mənəvi dəyərlərimiz” mövzusunda tədbir keçirilib.
Xeberler.az bildirir ki,
konfransı təhsil kompleksinin direktoru, əməkdar müəllim Sara Xanlarova açaraq
onun əhəmiyyəti haqqında  məlumat verib. 
Tədbirdə YAP  Qadınlar Şurasının sədri , professor Nurlana Əliyeva geniş məruzə
ilə çıxış edib.
Daha sonra Azərbaycan İnternet
Forumunun prezidenti Osman Gündüzün məruzəsi dinlənilib.
Tədbirdə Ailə, Qadın və Uşaq
Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Azərbaycan
Müəllimlər İnstitutunun rektoru, Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı,
Yasamal Rayon Qadınlar Şurasının sədri, Elmi-Tədqiqat Pediatriya İnstitutunun
baş həkimi Tamilla Şahbazova, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə
Müvəkkili Aparatının mətbuat xidmətinin rəhbəri, yazıçı-jurnalist Zemfira Məhərrəmli
və digərləri çıxış edərək  belə tədbirlərin mühüm əhəmiyyət kəsb etdiyini,
gənc nəslin xalqımızın tarixinə, mədəni irsinə, adət-ənənələrinə və milli mənəvi
dəyərlərinə hörmət ruhunda tərbiyə olunmasına xidmət etdiyini bildiriblər.