İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Sosial media və seçkilər: Namizədlər yeni mediadan necə yararlanır?

24.09.2010 [14:50]

Fontu böyüt:      

Parlament seçkilərinə iki aydan az zaman qalıb. Vaxt azaldıqca, namizədlər təşkilatlanma üçün müxtəlif yollardan istifadə edir. Bu seçkiləri xüsusiləşdirən məqam isə, ilk dəfə olaraq internet və yeni medianın yaratdığı imkanlardır. Namizədlər artıq bu imkanlardan yararlanmağa başlayıblar

Parlament seçkilərinə iki aydan az zaman qalıb. Vaxt azaldıqca, namizədlər təşkilatlanma üçün müxtəlif yollardan istifadə edir. Bu seçkiləri xüsusiləşdirən məqam isə, ilk dəfə olaraq internet və yeni medianın yaratdığı imkanlardır. Namizədlər artıq bu imkanlardan yararlanmağa başlayıblar.

Bəxtiyar Hacıyev bu ilin noyabrında keçiriləcək parlament seçkilərinə namizədlərdən biridir. Millət vəkilliyi uğrunda mübarizə gününə 44 gün qalsa da, digər namizədlər kimi o da, hazırlıq- imza toplama mərhələsinin son akkordlarını vurmaqdadır.

Amma onun bu hazırlıq mərhələsi digərlərindən fərqlənir. Fərqlilik də Azərbaycanda ilk dəfə yeni medianın imkanlarından istifadə etməsidir.

Namizədlər kampaniya aparmaü üçün yeni mediadan istifadə edirlər

Haciyev fikrini belə izah edir: “Indiki siyasi mühitdə-əslində daralmış və müəyyən çərçivəyə salınmış mühitdə yeni media yeni qapılar açır və o qapılardan ağıllı istifadə etmək lazımdır.”

O deyir ki, 1 aydır aktiv fəaliyyətə keçən vebsaytının yaranma məqsədi təşkilatlanmadır. “Bizim yanaşma belədir ki, dairədən kənarda olan tərəfdaşları, resursları sayt vasitəsilə özümüzə cəlb edib, onları dairədə istifadə eləmək. Bütün bu prosesin yekunu son 23 gündəki təbliğat-təşviqat dövründə könüllülər və bizim topladığımız ianələri təbliğat-təşviqata yönəltməyə gedir.”-Hacıyev deyir.

İnternet mütəxəssisi Şaiq Muradovun fikrincə, ölkə ərazisində hamının birbaşa internetə çıxışı olmadığı üçün yeni media yalnız paytaxt namizədlərinə xeyir verə bilər. “Əgər prezident seçkiləri olsaydı, sosial medianın kifayət qədər böyük kütləsi oldugunu deyə bilərdik. Amma bu parlament seçkiləridir. Azərbaycanda Twitterin cəmi 1500-2000 üzvü olduğundan onları dairələrə parçalayanda, hər dairəyə 100 nəfər düşür ya düşmür. Facebook sosial şəbəkəsinin bu baxımdan xeyri var, istifadəçi sayımız 200 mindir. Bu isə seçkilər üçün təbliğatdan çox təşkilatlanma məqsədilə istifadə edilə bilər” - Şaiq Muradov belə hesab edir.

Ekspert deyir ki, Azərbaycanda bəzi namizədlər tanıtım məqsədilə internetin imkanlarından istifadə edirlər. Onun fikrincə, ən çox istifadə ediləcək resurs bloqlar olacaq. “Azərbaycanda sosial mediada təbliğat daha cox Facebook və Youtube üzərindən aparıla bilər. Ən yaxşı halda isə, Facebook daha çox insana çatımlılıq baxımından kömək edə bilər. Bloqlar da, birinci prioritet götürülməli olan internet təbliğat maşını olacaq, çünki blogu oxumaq üçün qeydiyyat və ya nəsə böyük bir şey öyrənmək lazım deyil.”

Elə Haciyev də Twitter, Facebook və Youtube kimi sosial şəbəkələrdən indiyə qədər sadəcə təşkilatlanma üçün istifadə etdiklərini deyir. Hazırda isə dairədə seçiçi kimi qeydiyyatda olan və sosial şəbəkələrdə aktivliyi ilə seçilən gənclər namizədin Facebook və Twitter hesablarina abunə olmağa başlayıblar. “Bizim dairədə 6700-dən çox 18-25 yaş arası seçiçi var. 25 yaş limitini 29-30-a qaldırsaq, bu təxminən 10 minə yaxın internetə, dolayısı ilə sosial şəbəkələrə çıxışı olan seçiçi deməkdir. Seçki-təbliğat dövrünə qədər calışacağıq ki, onların əlaqə məlumatlarını tapaq və onları öz sosial şəbəkələrimizə yönləndirək. Seçki məcəlləsinin imkan verdiyi vaxtda isə, həm də bu sosial şəbəkələrdən istifadə edərəl təbliğat-təşviqatımızı aparaq”, - Hacıyev deyir.

Ümid-inam-sevgi üçlüyünü əsas götürərək, məhz müsbət dəyişikliklər yaratmaq istədiyini deyən Bəxtiyar buna nail olma yolunda da yeni mediaya önəm verdiyini deyir. “Hazırda Azərbaycan seçiçiləri kifayət qədər ümidsiz seçiçilərdir, yəni onların siyasi proseslər vasitəsilə həyatlarında hansısa müsbət dəyişikliklər olacağına inanmırlar. Amma biz bunu müəyyən mərhələdə dəyişmişik. Çünki belə bir inamsız cəmiyyətdə biz internet vasitəsilə, ianə toplama kampaniyası keçiririk. Və elə gənclər var ki, indiyə qədər heç bir seçkidə iştirak etməyiblər, səs verməyiblər, amma indi onlar həm səs vermək istəyirlər, həm könüllü kimi qeydiyyatdan keçiblər, həm də əlavə olaraq öz büdcələrindən kəsib bizim kampaniyamıza ianə edirlər.”

Sosial siyasət format olaraq, Avropada yaransa da, ən böyük əks-sədası 2008-ci ildə ABŞ prezident seçkiləri zamanı yaranıb.

Seçkiyə hazırlaşan dövrdə əksər ianələri inernet üzərindən topladığı üçün hazırki prezident Barak Obama o dövrdə hətta “yeni media prezidenti” adlandırılıb.

İnternet texnologiyalarının inkişafı ardıcıl olaraq, sosial siyasətə üç mərhələdə təsir göstərib. Sayt və email, bloqçuluq və sosial media. Birinci mərhələ internetin ilkin dövründə saytdan birtərəfli informasya ötürülməsi və emaillə əlaqə qurulmasıdır.

İkincisi bloqçuluğun inkişafı ilə sosial siyasətə geniş imkanlar açdı.

Bloqçuluqdan 3 novdə istifadə edilirdi: Partiya bloqları, namizədlərin bloqları və könüllülərin bloqları. Sonuncu mərhələ isə sosial şəbəkələrdə yaradılan səhifə və hesablardır.

mənbə: bbcAzeri.com


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar