21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Bütün dünyada məşhur olan “YouTube” videoportalında Türkiyə hakimiyyətinin bu xidmətin ölkədəki fəaliyyətinə 30 aylıq qadağa qoymasına gətirib çıxaran videoçarxı yenidən yerləşdirilib.
Xatırladaq ki, Türkiyə hakimiyyəti ölkə vətəndaşlarından birinin məhkəməyə şikayət etməsindən sonra sözügedən sayta girişi məhdudlaşdırmışdı. Həmin şəxsin şikayətində “YouTube”da müasir Türkiyə dövlətinin banisi olan Mustafa Kamal Atatürk, prezident Abdullah Gül, baş nazir Rəcəb Tayyib Ərdoğan və ordunun ünvanına təhqiredici kliplərin yerləşdirildiyi bildirilirdi. Türkiyədə M. K. Atatürkün şərəfi qanunla qorunur və onun ünvanına təhqir cinayət mahiyyəti daşıyır. Təxribat mahiyyətli videonun yenidən saytda yerləşdirilməsinə baxmayaraq, Türkiyədə “YouTube” bu gün səhərdən açılıb.
Qeyd edək ki, 2006-cı ilin oktyabr ayında videportalın yaradıcıları - Ç. Heerli və Stiv Çen \\YouTube\\u Google axtarış nəhənginə 1, 65 mlrd dollara satmışdılar. Hər gün bu portalda 2 mlrd videorolikə baxılır. Hazırda layihənin dəstəklənməsi işində 600 nəfər əməkdaş çalışır.