21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsindən xeberler.az-a bildiriblər ki, ötən il komitədə dövlət torpaqları haqqında məlumat bankı və informasiya-axtarış sistemi yaradılıb.
Məlumat bankına səhmdar cəmiyyətləri, dövlət müəssisələri, torpaq sahələri olan birgə müəssisələr, idarəetmədə olan obyektlər, özəlləşdiriləcək və özəlləşdirilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələri barədə 15 minə yaxın məlumat daxil edilib. Torpaq bankına daxil edilən informasiyalar torpaqlar və onların üzərində olan əmlak, təşkilati-hüquqi və mülkiyyət forması, sahibkarı, iqtisadi göstəriciləri, ünvanı, torpaq sahələrinin hüdudları, ölçüləri barədə cədvəl və digər zəruri məlumatları əks etdirir.
Məqsəd dövlət mülkiyyətində olan torpaq sahələri üzərində idarəetmənin daha da təkmilləşdirilməsi, dövlət, habelə özəlləşdirilən, eləcə də qeyri-dövlət vəsaiti hesabına inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahələrinin təyinatı üzrə səmərəli istifadəsinə nəzarətin daha da gücləndirilməsidir.