21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Müraciətdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin ləğv edilməsi və onun əsasında beynəlxalq təcrübəyə müvafiq olaraq İKT sektorunda dövlət idarəetməsi və tənzimləmə funksiyalarını həyata keçirən qurumların yaradılması və bu istiqamətdə qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı Təkliflər öz əksini tapıb.
Müraciətdə ölkəmizin mövcud potensialının İKT sektorunda daha ciddi uğurlar əldə etməyə imkan verəcəyi qeyd edilib. Son dövrlərdə ölkədə İKT sektorunda müəyyən irəliləyişlər əldə edilsə də daha ciddi uğurların qarşısını alan əsas səbəb kimi, RİTN-nin hədsiz səlahiyyətlərə malik olması qeyd edilib. RİTN-nin ölkənin İKT sektorunda eyni anda 3 funksiyanı – dövlət idarəetməsi, tənzimləmə və kommersiya funksiyalarını icra etməsinin ciddi problemlər yaratdığı vurğulanıb. Belə ki, son dövrlərdə ölkənin İKT sektorunda sərbəst və azad rəqabətin çətinliklə formalaşdığı, operatorlar arasında münasibətlərin gərginləşdiyi, İKT sektorunda əldə olunan gəlirin böyük hissəsini formalaşdıran özəl sektorun dövlət qurumları tərəfindən haqsız rəqabətlə üzləşdiyi bildirilib.
Müraciətdə ölkədə İKT üzrə xidmətlərin bahalığı və keyfiyyətinin yetərli olmamasının, RİTN-nin idarəetməsində və nəzarətində olan iri kommersiya layihələrinin effektivsizliyinin, nömrə resurslarının, tezliklərin və domen adlarının qeydiyyatı və bölüşdürülməsindəki ciddi problemlərin də əslində qüsurlu tənzimləmə siyasəti ilə bağlı olduğu vurğulanıb.
Müraciətdə beynəlxalq təcrübəyə əsaslanaraq İKT sektorunda müstəqil dövlət tənzimləyici qurumun- Milli Telekommunikasiya Şurasının yaradılmasının daha ciddi uğurlara əsas olacağı qeyd edilib. Tənzimləyici qurumun üzvlərinin Prezident tərəfindən irəli sürülməsi və Milli Məclis tərəfindən təsdiq edilməsinin, kommersiya ilə məşğul olmamasının, müstəqil olmasının vacibliyi qeyd edilib.
Müraciətdə İKT sektorunda tənzimləmə ilə bağlı bütün funksiyaların (lisenziyaların verilməsi, tezliklərin ayrılması, nömrə resursunun bölüşdürülməsi, telekommunikasiya bazarında sağlam rəqabətin təmin edilməsi, operatorların öz aralarında və onların istifadəçilərlə münasibətlərin tənzimlənməsi və s) yaradılması təklif olunan quruma verilməsi nəzərdə tutulub.