21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Daha öncə də məlumat verdiyimiz kimi 14-16 Avqust tarixlərində Gəncədə keçiriləcək “BarKamp Azərbaycan 2009” qeyri-konfransına sayılı günlər qalıb.
Konfransla bağlı növbəti yenilik, tədbir iştirakçılarının “Ən yaxşı bloq postu” müsabiqəsində iştirak edərək,NEXUS şirkəti tərəfindən təqdim olunmuş notbuka sahib olma imkanıdır.Bunun üçün tədbirə qoşulmaq və onu bloqunuzda işıqlandırmaq kifayətdir! Müsabiqə haqqında ətraflı məlumatı http://barcamp.az/2009/ saytından əldə edə bilərsiz.
“BarKamp Azərbaycan 2009, Gəncə” qeyri-konfransının məqsədi İnternet və media layihələrinin inkişafına kömək etmək, Yeni və Ənənəvi Media mütəxəssisləri arasında təcrübə mübadiləsi yaratmaq, yeni internet layihələrini tanıtmaq, eləcə də İT və media mütəxəssisləri arasında müxtəlif mövzularda müzakirələr təşkil etmək, “start-up” tipli, o cümlədən mövcud İnternet və Yeni Media layihələrinin inkişafı üçün müxtəlif biznes və qeyri-biznes qurumları ilə gənclər arasında əlaqənin qurulmasına kömək etməkdir.
HP şirkəti, Soros Fondu, Azərbaycan İnternet Forumu (AİF) eləcə də Nexus, UniBank tərəfindən dəstəklənən qeyri-konfransda Azərbaycanın müxtəlif bölgələrindən 200-250- yə yaxın İT və Yeni Media mütəxəssislərinin, jurnalistlərin və bu sahələr ilə yaxından maraqlanan gənclərin iştirakı gözlənilir. Tədbrin əsas hissəsi Gəncə şəhərindəki Emon oteldə baş tutacaqdır.
“BarKamp Azərbaycan 2009” -un informasiya dəstəyi www.xeberler.az və www.mak.az saytlarına aiddir.Biz də öz növbəmizdə, informasiya dəstəkçisi olaraq,“BarKamp Azərbaycan 2009” iştirakçılarına uğurlar arzu edirik.
Xatırladaq ki, BarKamp Azərbaycanda ilk dəfə 2008-ci ildə, 29-31 avqust tarixində Lənkəran şəhərində keçirilmişdir. 2009-cu ildə, 27-29 mart tarixində isə Qafqaz Universitetində Beynəlxalq dərəcəli “BarCamp Caspian” təşkil olunmuşdur. 15 ölkədən iştirakçıların qoşulduğu bu tədbirdə ümumilikdə 450-dən çox şəxs iştirak etmişdir.