21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Ötən il hər beş amerikalıdan biri elektron kitab oxuyub. Amerikalıların 21 faizi elektron kitab oxuyur, kontentdən elektron formatda yararlanma isə insanların əvvəlkinə nisbətən daha çox oxuması ilə nəticələnir.  Elektron kitabların oxunması üçün qurğuların sahibləri təbii olaraq Milad bayramı ərəfəsində artıb, amerikalıların çoxu həm planşet kompüterlərə, həm də elektron kitablara sahib olub. Məsələn, Kindle və Nook qurğularına sahib olanların sayı dekabrda qeydə alınan 10 faizə nisbətdə yanvarda 19 faizə çatıb. Eyni vəziyyət iPad və Kindle Fire planşet kompüterlərində də müşahidə olunur. RİTN-nin informasiya resurslarından əldə edilən məlumata əsasən,elektron kitabların oxunmasının artması çap edilmiş materiallardan rəqəmsal materiallara tədricən keçidin göstəricilərindən biridir. Ötən il dekabrın sonuna 16 yaşından yuxarı amerikalıların 43 faizi bildiriblər ki, ötən il onlar elektron kitab və ya rəqəmsal formatda jurnal, qəzet, gündəlik xəbərləri oxu qurğuları, noutbuk, stasionar kompüter və ya mobil telefonlar vasitəsilə oxuyublar. Elektron mətn oxucularının 30 faizi indi oxumağa daha çox vaxt sərf etdiklərini bildirirlər.   Mirvari