21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Elektron ünvanlarda @ işarəsini tez-tez işlədirik. Kiməsə e-ünvan verəndə və ya məktub göndərəndə @ işarəsi mütləq yazılır. Bəs bu işarənin mənası nədir, tarixi haradan başlayır?
@ işarəsindən 473 il əvvəl indikindən fərqli məqsədlər üçün istifadə edirdilər. @ işarəsinin məlum olan ilk istifadəsinə 4 May 1536-cı ildə Francesco Lapi adlı Florensiyalı bir tacirin yazdığı məktubda rast gəlinir. Lapi yazdığı məktubunda İspaniyadakı şərab qiymətlərindən bəhs edərkən @ işarəsindən istifadə etmişdi. O vaxtlarda, bir çəlləyin 13-də birinə bərabər olan ticari ölçü kimi işlənən @ işarəsi sonralar kompüterlərdə istifadə edilir. İstifadəsi zamana görə dəyişən işarə bir müddət sonra müəyyən bir məhsulun vahid qiymətini ifadə etmək üçün işlədilməyə başlanılır. İnsanlar “dənəsi 10 qəpikdən 5 məhsul” kimi tarifi işlətmək əvəzinə “5 məhsul @ 10 qəpik” deməyə başlayıblar.
1971-ci ildə Ray Tomlinson @-nın istifadəsinin e-poçt serverlərindəki istifadəçiləri təyin etmək üçün uyğun olduğuna qərar verdi. 1980-ci ildə isə @ işarəsi beynəlxalq standart kimi qəbul edilib. Həmin illərdən etibarən isə bu işarə kütləvi şəkildə istifadə edilir.