21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
26-29 Avqust 2009-cu il tarixində “İRƏLİ” İctimai Birliyi və “iStudio” bədii foto məktəbinin təşkilatçılığı ilə Gənclərin 1-ci Foto və Sənət düşərgəsi yekunlaşdı. Tədbirin ilk günü gənclərə “Foto sənətinin tarixi” mövzusunda mühazirə keçirilmiş, eyni zamanda peşəkar fotoqrafın riayət etməli olduğu texniki biliklər aşılanmışdır. Daha sonra gənclər qruplara bölünərək interaktiv təlimlərdə iştirak etmişdir.
Foto təlimlərini İsa Aydın, Günel İsmayılova, Türkan Hüseynova və Aytən Məmmədova tədris etdiyi bu layihədə foto sənəti, rəssamlıq, musiqişünas, sənətşünas, teatr, kino və başqa sənət sahələrini təmsil edən istedadlı gənclər iştirak etmişdir.
29 Avqustda Oğuz rayon İcra Hakimiyyətinin başçısı Aydın Hüseynov və “İRƏLİ” İctimai Birliyinin sədri Ceyhun Osmanlının iştirakı ilə layihənin bağlanış mərasimi keçirilmişdir. Düşərgə iştirakçılarının rəsm və foto əsərlərinin nümayiş olunduğu sərgidən ibarət olan bağlanış mərasimində düşərgədə 4 nominasiya üzrə qalib gəlmiş gənclərə rəqəmsal fotoaparat hədiyyə edilmişdir.
Foto nominasiyası üzrə Vüsal Atayev, Rəsm nominasiyası üzrə Alyona Bandurina, Dizayn nominasiyası üzrə Telman Şıxəliyev, Sosial reklam nominasiyası üzrə Türkan Hüseynova qalib olmuşdur. Bağlanış mərasimini gənc skripka ifaçısı, M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti Rövşən Əmrahov müşayiət etmişdir.