21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
“Artıq şuranın telekanallarla bağlı hüquqi qanunvericiliyin tənzimlənməsi, maddi-texniki bazanın yaxşılaşdırılmasına nəzarət mərhələsi bitib və şura yeni mərhələyə - keyfiyyət mərhələsinə qədəm qoyub”. Mediaforum saytının məlumatına görə, bu sözləri Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli Milli-mənəvi dəyərlərin qorunması və inkişaf etdirilməsində elektron medianın rolu mövzusunda keçirilən seminarda deyib.
Seminarda iştirak edən telekanalların (AzTV, İTV, ANS, “Xəzər”, “Lider”, ATV, “Space”) nümayəndələri efirə verdikləri verilişlər haqqında məlumat veriblər. Məhərrəmlinin fikrincə, ölkənin Avropaya inteqrasiyası milli-mənəvi dəyərlərə zərbə vurmamalıdır. Telekanalların cəmiyyətə təsir imkanları geniş olduğundan milli-mənəvi dəyərlərin qorunması baxımından televiziyaların üzərinə böyük yük düşür, deyən Məhərrəmli telekanallarda əyləncəli proqramlara həddən artıq çox yer ayrıldığını irad tutub.