21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Azərbaycanın mühasibatlıq sistemində ciddi yenilik gözlənilir. Vergilər Nazirliyinin təşəbbüsü ilə ölkədə elektron auditin tətbiqi və bu məqsədlə mühasibatlığın tamamilə elektron formata keçməsi nəzərdə tutulur.
Vergilər Nazirliyi Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin bölmə rəisi Vüsal Şıxəliyev bildirib ki, artıq müəssisələrin mühasibat uçotu və hesabatlarının elektron formada aparılmasının məcburiliyi barədə qanunvericilikdə dəyişikliklərin edilməsi üçün təkliflər hazırlanıb. Elektron audit - səyyar vergi yoxlamasının insan resursu olmadan, elektron formada aparılmasını nəzərdə tutur. Auditin bu forması dünyanın müxtəlif ölkələrində - Fransa, Niderland, Almaniya və s.-də tətbiq olunur. Elektron auditin əsas üstünlüyü vergi ödəyicisinin yoxlanmasının çox qısa vaxt ərzində aparılmasındadır. Bunun üçün xüsusi proqram təminatlarından istifadə olunur. «Mühasibatlıq elektron formada olmalıdır ki, vergi orqanları həmin məlumatı müəyyən elektron vasitələrlə götürsün və bu proqram vasitəsilə təhlil etsinlər. Yəni, indi vergi əməkdaşları yoxlama zamanı kağız sənədlərlə işləyir, rəqəmləri və bank hesablarını yoxlayır, amma bunlar həm vaxt itkisinə səbəb olur, həm də sənədlər kağız formasında olduğuna görə, müəyyən rəqəmlərin gözdən qaçması ehtimalı da var. Elektron auditdə isə bu problemlər aradan qalxır», - deyə Nazirlik təmsilçisi bildirib. Elektron audit yoxlaması zamanı xüsusi kompüter proqramı sahibkarın mühasibatındakı məlumatları ümumiləşdirir, təhlil edir və mühasibatlıqdakı kənarlaşmalar barədə yoxlayıcıya, yəni vergi işçisinə məlumat verəcək: «Məsələn, dövriyyənin tam göstərilməməsi, xərclərin şişirdilməsi, müəyyən gəlirlərin nəzərə alınmaması baş verdikdə həmin məlumatlar çıxarılır və qərar vermək çüün müfəttişə təqdim edilir». Artıq Vergilər Nazirliyi bununla bağlı Niderlandla bağlanmış müqavilə əsasında elektron auditin tətbiqi ilə bağlı tvinninq layihəsi həyata keçirir.