21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Rabitə və informasiya texnologiyaları inkişaf etdikdən sonra ən aktual suallardan biri kimi “Təhlükəsizlik yoxsa şəxsi həyatın toxunulmazlığı?” məsələsi daim gündəmə gəlir. Növbəti dəfə də bu sualın cavabı “təhlükəsizlik” olub.
Məşhur “BlackBerry” telefonunun istehsalçısı olan Kanada şirkəti “Research in Motion” Hindistanın təhlükəsizlik maraqları qarşısında çarəsiz qalıb. Belə ki, “BlackBerry” telefonlarının istifadəçilərinin elektron poçt adreslərinə və danışıq zamanı göndərilən mesajlarına nəzarət edə bilməyən ölkələr bununla bağlı narazılıqlarını büruzə verirlər.
Hindistanın təyziqləri ilə hesablaşmalı olan Kanada şirkəti 15 gün müddətində şəxsi e-mail adreslərinin təhlükəsizlik kodlarını Hindistan tərəfinə təqdim etməlidir. 6-8 ay ərzində isə telefon danışığı zamanı göndərilən mesajların yoxlanılması üçün texnologiya hazırlanacaq.
Hindistanla şirkət arasında əldə olunan razılığın indi Körfəz ölkələrində necə əks-səda doğuracağı əsas diqqət mərkəzindədir. Belə ki, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı da bu məsələni təhlükəsizlik problemi kimi qabardıb. Birləşmiş Ərəb Əmirlikləri artıq “BlackBerry” telefonları ilə internet, e-mail və danışıq zamanı mesaj göndərilmə xidmətlərinin bütün ölkə ərazisində dayandırılması barədə qərar verib. Bu qərardan sonra “Research in Motion” şirkətinin səhmləri yüzdə 2.7 faiz ucuzlaşıb. //ANS Press